Texnologiya

Qızılı iPad satılacaq

3 Oktyabr 2014 22:22
0 Şərh     Baxış: 1 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bloomberg nəşri şirkətin planları ilə tanış insanlara istinadən yazır ki, Apple yeni iPad nəslinin istehsal xəttində korpusu qızılı rəngdə hazırlayacaq.

Planşetlərin nümayişi oktyabrda gözlənilir. Qızılı rəng Apple planşetlərinin istehsal xəttində üçüncü rəng çaları olacaq. İndi tünd və gümüşü rəng çalarında iPadlar əlçatandır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, iPad planşetlərinin satış həcmi üçüncü rüb ardıcıl azalır. 2014-cü ilin birinci rübündə Apple 26,035 milyon, ikinci rübdə 16,35 milyon, üçüncü rübdə 13,276 milyon planşet satıb. 2013-cü ilin dördüncü rübündə planşetlərin satış həcmi 14,079 milyon təşkil edib. Təxminlərə görə, yeni rəng çaları alıcıların Appleın istehsal xəttinə marağını artıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.