Texnologiya

Lenovo qeymerlər üçün noutbuk göstərdi

4 Sentyabr 2014 19:16
0 Şərh     Baxış: 1 645
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bir çox şirkətlər hətta ən məhsuldar qurğuların kiçildilməsinə çalışırlar. Kiçik ölçüyə malik aktual oyun sistemləri olan Alienware və Razer istisna deyil. Amma Lenovo şirkəti bir qədər fərqli yol seçib: 3,4 kq çəkisində 17,3 düymlük Full HD formatlı ekranla təchiz edilmiş Y70 Touch oyun leptopunu yaradıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, cihaz Intel Core i7 (Haswell) prosessoru və NVIDIA GeForce GTX 800M qrafikası ilə təchiz edilib. Noutbuk 16 QB əməli yaddaşla təchiz edilə bilər, seçim kimi 1 TB-lıq sər disk və ya 250 QB-lıq sərtgövdəli daşıyıcı təklif edilir. Həmçinin iki USB 3.0 və bir USB 2.0 konnektoru, HDMI, JBL dinamikləri mövcuddur.

Lenovo Y70 Touch noutbukunun akkumulyatoru 5 saatlıq avtonom iş üçün kifayət etməlidir.

Oktyabrda cihazın satışlarına başlanacaq, standart versiyasının qiyməti 1299 dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.