Texnologiya

iPad Mini ucuzlaşacaq

5 Sentyabr 2014 21:55
0 Şərh     Baxış: 1 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Digitimes portalı yazır ki, Apple şirkəti iPad mini planşetlərinin qiymətini azaltmaq haqda ABŞ-ın bir sıra pərakəndə satış nöqtələri, həmçinin Best Buy və Amazon şirkətləri ilə razılaşıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 16 QB-lıq yaddaşla təchiz olunmuş iPad Mini planşetinin qiyməti hazırda Amazon mağazasında 240 dollar, Best Buy mağazalarında isə 199 dollar təşkil edir.

2014-cü ilin birinci və ikinci rüblərində Apple korporasiyası müvafiq olaraq 16,4 və 13,28 milyon iPad planşeti satıb. iPad mini planşetlərinin qiymətinin azaldılması cihaza tələbatı yüksəldəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.