Biometrik bazar böyüyür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az ICTnews-a istinadən bildirir ki, Biometrics Technology (Face, Hand geometry, Voice, Signature, Iris, AFIS, Non-AFIS and Others) Market - Global Industry Analysis, Size, Share, Growth, Trends and Forecast, 2013 - 2019 adlı tədqiqatda qeyd olunur ki, artım antiterror tədbirlərinə və cinayətkarlıqla mübarizəyə tələbatın çoxalması ilə əlaqədardır.
Daha populyar biometrik texnologiya barmaq izlərinin tanınması olacaq. Son illər barmaq izləri sensorlarının qiyməti xeyli aşağı düşüb ki, bu da onlardan smartfon və planşetlərdə istifadənin aktivləşməsinə gətirib çıxarıb.
Populyarlığına görə ikinci yerdə gözün qüzehli qişasının tanıması durur. Bu seqmentdə bazar həcminin daha aktiv artım tempi (ildə 28,6 faiz) gözlənilir. Bu, qüzehli qişanın identifikasiyanı çox dəqiqliklə müəyyən etməyə imkan verməsi ilə bağlıdır.
Nəhayət, identifikasiyanı insan bədəninin bir neçə unikal xüsusiyyətləri üzrə birləşdirən sistemlər bazarında - multimodul biometrik identifikasiya seqmentində aktiv artım gözlənilir.
Biometrik identifikasiya texnologiyalarından daha çox nəqliyyat, loqistika və sərhəd nəzarəti sektorlarında istifadə olunacaq. 2012-ci ildə biometrik həllərin alış həcminin 50 faizi bu sektorlara məxsus olub. Analitiklərin qənaətinə görə, bu vəziyyət 2019-cu ilədək davam edəcək.
Həmçinin bank və maliyyə sektorunda biometrik həllərin fəal təşəkkülünün yeni tendensiyaya çevriləcəyi proqnozlaşdırılır. Bu seqment hesabat dövründə ən sürətlə inkişaf edən seqment olacaq.
Biometrik texnologiyaların tətbiq ediləcəyi digər sahələr arasında dövlət və müdafiə, istehlak elektronikası, səhiyyə, şəxsi mülkiyyətin mühafizəsi, kommersiya təhlükəsizliyi, pərakəndə satış, mehmanxana, avtomobil və kompüter oyunları sektoru yer alacaq.
Bildirilir ki, yaxın 5 ildə ərazi baxımından biometrik texnologiyaların ən uğurlu tədarükçüsü Şimali Amerika olacaq. Biometrik bazarın ümumi gəlirinin 32,1 faizi bu regiona məxsus olacaq.
Öz növbəsində Asiya-Sakit okean regionunda biometrik həllər istehsal edən şirkətlərdə artım gözlənilir. Buna xüsusilə Hindistan, Çin, Avstraliya və Yaponiyada yerli iqtisadiyyatın aktiv inkişafı xidmət edir. Artım tempinə görə bu region hətta Avropa və ABŞ-ı geridə qoyacaq.
Analitiklər bazarın potensial liderləri arasında ayrı-ayrı tədarükçülər kimi Safran Morpho, 3M Cogent, NEC Corporation, DigitalPersona və Accu-Time Systems şirkətlərini qeyd edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)





