İT bazarının həcmi 1,3 faiz azalacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az ICTnews-a istinadən bildirir ki, Gartner analitiklərinin proqnozuna görə, 2015-ci ildə informasiya texnologiyalarına (İT) qlobal xərclər 3,66 trilyon dollar təşkil edəcək, halbuki ötən il bu göstərici 3.71 trilyon dollar olub. Mütəxəssislər ilk əvvəl İT sənayenin 3.9 faizlik artımını proqnozlaşdırmışdılar, sonra proqnoz 2,4 faizədək azaldılıb və indi onlar sözügedən bazarda eniş gözləyirlər.
Aşağı salınmış proqnoz dünya valyuta bazarlarında dolların məzənnəsinin yüksək olması və qurğuların satış həcminin artımı, İT və telekommunikasiya xidmətlərinin inkişafı üzrə proqnozun özünü doğrultmaması ilə bağlıdır.
Valyuta amilini nəzərə almasaq, 2015-ci ildə İT bazarının həcmi 3,1 faiz yüksələcək ki, bu da əvvəlki proqnozdan 0,6 faiz azdır, Gartnerin tədqiqatlar üzrə vitse-prezidenti Con-Devid Lavlok deyib.
2015-ci ilin nəticəsinə görə, analitiklər kompüter qurğuları (masaüstü fərdi kompüter, noutbuk, planşet, mobil telefon və printerlər) üzrə 685 milyard dollar məbləğində satış proqnozlaşdırırlar ki, bu da əvvəlki proqnozla müqayisədə 1,2 faiz azdır. Ekspertlər sözügedən bazara Qərbi Avropa, Rusiya və Yaponiya tərəfindən güclü təsir qeyd edirlər, yerli valyutanın zəifliyi elektronika seqmentində nəzərəçarpacaq bahalaşmaya səbəb olub.
Cari ildə korporativ proqram təminatı satışından dövriyyə 2,3 faiz yüksələrək 320 milyard dollar təşkil edəcək.
Gartner tədqiqat şirkəti İT xidmətləri bazarında xərclərin 948 milyarddan 942 milyard dollaradək azalmasını proqnozlaşdırır.
Telekommunikasiya xidmətləri ən böyük İT seqmenti olaraq qalır. Cari ildə telekommunikasiya xidmətləri seqmentində xərclər 2,6 faiz azalaraq 1,57 trilyon dollar təşkil edəcək. Gartnerin versiyasına görə, məlumat mərkəzləri ən kiçik İT seqmentidir, dünya şirkətləri 142 milyard dollar xərcləyəcək. 2014-cü illə müqayisədə bu göstərici 0,4 faiz yüksələcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır





