Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmisi bu yaxınlarda ölkənin bütün sakinlərini Windows əməliyyat sistemindən (ƏS) Linux platformasına keçməyə səsləyib. Windows XP ƏS-nin dəstəyinin rəsmən dayandırılması ilə əlaqədar bu cür bəyanat səsləndirilib. Bildirək ki, Çində bütün kompüterlərin 70%-i sözügedən sistemlə işləyib.
Milli.Az ICTnews-ə istinadən bildirir ki, maraqlıdır ki, nazirlik Windows sisteminin yeni versiyalarına deyil, məhz Linux platformasına keçməyə səsləyir. Məsələ ondadır ki, Çin mütəxəssisləri Linux əsasında milli ƏS-i hazırlayırlar, buna görə ölkə hökuməti məhz bu platformanın populyarlaşmasında maraqlıdır.
Milli.Az