Windows XP işlədənlər üçün - MƏSLƏHƏTLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təəssüf ki, Windows XP kimi məşhur əməliyyat sisteminin texniki dəstəyinin dayandırılması nəticəsində bu sistemdən davamlı istifadə edənlər üçün bir sıra təhlükəsizlik problemləri yaranacaq. Cari ilin aprelin 8-dən etibarən XP üçün sistem boşluqlarına qarşı yeniləmə dayandırılacaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, XP sistemindən istifadəyə davam edənlər üçün daha bir pis xəbər ondan ibarətdir ki, daha müasir əməliyyat sistemi üçün nəzərdə tutulan və sistemlər arasında paylaşılan oxşar arxitektura və bazaya malik gələcək təhlükəli proqramlar, XP sisteminin daha asanlıqla hücumlara məruz qalmasına gətirib çıxaracaq.
Beləliklə, real risklərin dərk edilməsi və onların azaldılması sahəsində addımların atılması təşkilatlar üçün ən mühüm məsələlərdəndir. Microsoft Azerbaijan şirkətinin məsələ ilə bağlı tövsiyələrini təqdim edirik.
1. XP sistemini yeniləmək və ya əvəz etmək. Bir çox şirkətin XP əməliyyat sistemi ilə bağlı təhlükələri azaltmaq üsulları axtardıqları halda, bu sistemi dəyişmək daha asan olardı; çünki gec və ya tez Windows sistemləri köhnəlməyə məhkumdular.
2.Microsoftun xüsusi dəstəyinin əldə edilməsi. Aprelin 8-dən sonra Microsoft korporasiyası XP sistemləri üçün yeniləmələr təchizatını davam etsə də, bu imkan yalnız premium dəstək paketi əldə edənlər üçün əlçatan olacaq. Şirkətlərə qısa müddətdə XP sistemindən imtina etmək tövsiyə olunduğuna baxmayaraq, Microsoft bu sistemlər üçün 200 ABŞ dolları məbləğində dəstək paketi təklif edəcək.
3. XP sistemlərinin izolyasiyası. XP-nin tam təhlükəsizliyini təmin etmək üçün onu bütün şəbəkə bağlantılarından kəsmək və istifadəçiləri pozmaq gərəkdir; təbii ki, bu, sistemin qeyri-funksionallığı ilə nəticələnəcək. Bu vəziyyətdən çıxış, xarici şəbəkə bağlantıları və daxili kommunikasiyanı yalnız məlum və təhlükəsiz portlar və protokollar vasitəsilə yönəltməkdən ibarət ola bilər. Buna isə şəxsi və şəbəkə fayervolları, ruter yoxlama-keçid listi, proksi məhdudiyyətləri və VLAN ünvanlarının izolyasiyasından ibarət olan texnika kombinasiyalarından istifadə etməklə nail olunur. Lakin belə üsulun qiyməti XP sisteminin dəyişmək qiymətindən daha baha başa gələcək, eyni zamanda daha az funksional imkanlara malik olacaq.
4. Prioritet yenilənmələr. Şirkətin ölçülərindən asılı olaraq, XP-dən tam imtina etməyə ehtiyac olmaya da bilər. Məsələ yalnız bəzi əhəmiyyətli məlumatlar olan sistemlərin yenilənməsi ilə sadələşdirilə bilər.
5. Windows XP rejimini unutmayaq. Yeni əməliyyat sisteminə keçidi rahatlaşdırmaq üçün Windows 7-də Windows XP rejimi mövcuddur. Təəssüf ki, bu rejim də nəticədə Windows XP kimi təhlükə mənbəyinə çevrilə bilər və ona görə Microsoft ondan yalnız söndürülmüş internetlə istifadə etməyi tövsiyə edir.
Başqa üsullar olmadığı halda, yuxarıda təsvir edilənlər dəstəklənməyən əməliyyat sisteminin istifadəsi ilə bağlı olan təhlükələri azalda bilər. Bununla belə, təhlükəsizliyin qayğısına qalanlar nə etmək lazım olduğunu bilirlər.
Məlumat üçün bildirək ki, 1975-ci ildə təsis edilmiş Microsoft korporasiyası proqram təminatı istehsalında dünya lideridir. Microsoft korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri var.
Microsoft korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azerbaijan şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulları tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Dmitri Breykin vəfat etdi
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Rusiya Ukraynanın itkilərini yenilədi





