Texnologiya

"Ağıllı" ev üçün lampa hazırlandı

2 Aprel 2014 18:11
0 Şərh     Baxış: 1 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hazırda smartfonun köməyi ilə idarə olunan işıq diodu lampası yenilik deyil. Lakin Cənubi Koreyanın LG Electronics şirkəti daima yeniliklər axtarışındadır. Belə ki, şirkət ağıllı LED lampadan sonra ağıllı ev üçün orqanik işıq diodlarına əsaslanan masaüstü lampa nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məişət texnikasının istehsalı sahəsində özünə güclü biznes formalaşdırmış LG Electronics şirkəti həftənin əvvəlində Almaniyanın Frankfurt şəhərində keçirilmiş Light+Building 2014 sərgisində bu qeyri-adi masaüstü lampanı təqdim edib.

Masaüstü lampa iOS və Android əlavələrini dəstəkləyir və onu Bluetooth vasitəsilə idarə etmək mümkündür. Tətbiqin köməyi ilə işıqlandırma intensivliyini, məsələn, oxumaq və ya film izləmək üçün sazlamaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.