Milli.Az ICTnews-a istinadən bildirir ki, 1980-ci ildə IBM korporasiyası Microsoft şirkətini Chess kod adına malik layihənin üzərində işlərə cəlb edib. Microsoft şirkəti BASIC proqramlaşdırma dilinin interpretatorunu tərəfdaşına təqdim edib. Lakin IBM-in nümayəndələri proqram nəhəngindən əməliyyat sistemi yaratmağı xahiş ediblər. Microsoft öz həllinə malik olmadığına görə əməliyyat sistemini Seattle Computer Productsdan lisenziyalaşdırıb və o, PC-DOS və MS-DOS sistemlərinin əsasını təşkil edib. MS-DOS sisteminin birinci versiyası 1981-ci ildə bazara çıxarılıb.
DOS sistemi üçün Microsoft Word mətn redaktoru 1983-cü ildə yaradılıb. Lakin bu versiya populyarlıq əldə etməyib. Yalnız 1989-cu ildə Word for Windows versiyasının çıxarılmasından sonra Microsoft-un mətn redaktoruna böyük tələbat yaranıb.
Milli.Az