20 min kilometrlik kabel çəkiləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
South East Asia-Middle East-Western Europe (Sea-Me-We) say etibarilə konsorsium üçün beşinci belə layihə olan 20 min kilometrlik kabelin çəkilməsini maliyyələşdirəcək. Yeni kabel 100 Qbit/saniyə buraxılış qabiliyyətinə malik olacaq. Alcatel-Lucent şirkəti kabel sisteminin qərb hissəsini - Avropadan Şri-Lankayadək, NEC şirkəti isə Sinqapur, Banqladeş, Myanma, Tailand və İndoneziyadan keçən hissəsini çəkəcək.
Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda konsorsiuma Bangladesh Submarine Cable Company, China Mobile, China Telecom Global, China United Network Communications Group Company, Emirates Integrated Telecommunications, Orange, Myanmar Posts and Telecommunications, Saudi Telecom Company, SingTel, Sri Lanka Telecom, TOT, PT Telekommunikasi Indonesia International, Telecom Italia Sparkle, Telekom Malaysia Berhad və Yemen International Telecommunications (TeleYemen) şirkətləri daxildir.
Konsorsiumun bəyanatında deyilir ki, dəniz dibindən kabel sisteminin çəkilməsi mürəkkəb iş olsa da, belə sistemlər dünya miqyasında şəbəkə infrastrukturunun çatışmazlığı ilə əlaqədar bir sıra problemlərin həllinə xidmət edir, rabitənin dayanıqlığını artırır və yüzlərlə terabaytlıq məlumatların marşrutlarını yeni üsulda qurmağa imkan verir. Alcatel-Lucent nümayəndələri bildiriblər ki, kabel suyun 1500 metr dərinliyindən keçəcək, kabeli çəkən xüsusi avadanlıq isə gündə 5-35 km kabel çəkə biləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq





