Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
5 il "EL"in xidmətində - FOTO
28 Fevral 2014 09:45
Baxış: 1 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
5 il bundan öncə Azərbaycanın televiziya məkanına öz dəsti-xətti, öz yolu və ideyaları ilə yeni bir televiziya kanalı - EL televiziyası daxil oldu. "Elimizin kanalı" şüarı ilə bir çox yeniliklərə imza atan ELTV-nin inzibati binasının açılışı 2009-cu il mart ayının 2-də oldu.
İlk yayımına 2009-cu il iyulun 17-də saat 17:00-da İNFO xəbərlər proqramı ilə başladı. Bu tarix El televiziyasının ilk efir günü idi.
EL televiziyası keyfiyyətli yayımın təminatı olacaq son texnoloji avadanlıqlarla təchiz edilib. O cümlədən müasir çəkiliş avadanlığı və işıq sistemi quraşdırılmış studiyalar, montaj stansiyaları, videoyazı və efir otaqları yaradılıb ki, bu da tamaşaçılara keyfiyyətli məhsul hazırlamağa imkan verir. İlk vaxtlar Gəncəbasar və Mərkəzi Aran bölgəsinə yayımlanan ELTV-də 4 departament - Xəbərlər, Yaradıcılıq, Proqram və bədii anonslaşdırma və Texniki departamentlər fəaliyyətə başladı. 56-cı və 59-cu kanallarda yayımlanan televiziyada bir zamanlar sutka ərzində 8 dəfə olmaqla xəbər buraxılışları, o cümlədən "Başlanğıc", "Elimizdən xəbər", "Music mix", "Səsin gəlsin", "Özümüz", "Yaşıl işıq", "İndiki zaman", "İnkişaf yolunda" kimi verilişlər yayımlanırdı.
Televiziyanın əsas məqsədi regionun ictimai-sosial və mədəni həyatında baş verən yeniliklərə, hadisələrə və problemlərə işıq salmaqdır. EL televiziyasının hazırladığı verilişlər tariximizə, soy-kökümüzə, adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə bağlılığı ilə xüsusi diqqət çəkir. Televiziyanın xəbərlər xidməti maksimum operativliyi təmin etməklə bərabər, tamaşaçılara dünyada, paytaxtda və regionda baş verən hadisələri və yenilikləri dəqiq, obyektiv və qərəzsiz çatdırmağı qarşısına məqsəd qoymuşdur. 5 illik fəaliyyəti ərzində televiziyada 140-a yaxın sənədli və bədii film çəkilmişdir.
Təsadüfi deyil ki, bu müddət ərzində EL televiziyası bir çox uğurlara imza atmışdır. 2010-cu ildə Böyük Vətən Müharibəsinin 65 illik yubileyi münasibətilə ELTV-nin informasiya dəstəyi ilə Rusiya-Azərbaycan avtoyürüşü keçirildi.
Sankt-Peterburq-Moskva-Novoçerkassk-Rostov-Don-Budyonnovsk-Bakı-Mingəçevir
marşrutu üzrə keçirilən avtoyürüşü müşayiət edən ELTV-nin çəkiliş qrupunu diplomla təltif etdi. Televiziyanın istehsalı olan "Kəsişməyən uzun yol" sənədli filmi "Azərbaycan ailəsi 2010" filmlər müsabiqəsində ən yaxşı film nominasiyası üzrə Qran-pri mükafatı aldı. Elə həmin il ulu öndər Heydər Əliyevin anadan olması münasibətilə keçirilən festivalda ELTV-nin hazırladığı 8 dəqiqəlik videoçarx 1-ci yerə layiq görüldü. 2011-ci ildə Jurnalist Qadınlar Assosiasiyası genofondumuzun qorunmasında apardığı maarifləndirici fəaliyyətinə görə EL televiziyasını diplomla təltif etdi. 2012-ci ildə Milli Mətbuat Günündə Regional Media Mərkəzi tərəfindən "Bu Bizik" tok-şousu region telekanalları içərisində ilin verilişi nominasiyasına layiq görüldü.
Daha sonra ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzinin keçirdiyi müsabiqədə rejissor işinə görə "Azərbaycanın tanıtım videoçarxı" bölməsində "Eldən-elə - Sarıbaş" videoçarxı 1-ci yerə layiq görüldü.
Bu gün ELTV Azərbaycanın bir çox regional televiziya kanalları ilə geniş müstəvidə əməkdaşlıq edir. Təsisçilərindən biri olduğumuz, Bakıda fəaliyyət göstərən Regional Televiziyaların İstehsalat Birliyi paytaxtda bizi təmsil edən yeganə qurum kimi informasiya təminatını yerinə yetirməkdən savayı, teleserial və veriliş istehsalı, o cümlədən dublyaj işi ilə də məşğul olur. Bölgə tamaşaçısının zövqünü oxşamaqdan ötrü keyfiyyətli audio-vizual məhsullar yayımlayır, həmçinin TTV, KəpəzTV, KanalS, CTV və RTV kimi regional televiziya kanalları ilə verilişlərimizi bölüşürük. 2013-cü ildən ELTV əməkdaşlıq etdiyi regional televiziyalarla vahid proqram konsepsiyası üzərində öz efirini daha rəngarəng edərək bütün yaş kateqoriyasında olan tamaşaçı auditoriyasına yönəlik yayım aparır. Hal-hazırda telekanal özünün istehsal etdiyi 15 televiziya verilişi və partnyor kanalların, prodakşn və istehsalat birliyinin hazırladığı 24 audio-vizual məhsul ilə tamaşaçıları üçün həftə ərzində ən maraqlı proqram ilə yayımlanır.
Məqsədimiz regionun sərhədlərini aşıb dünya müstəvisində Azərbaycanı təbliğ və tərənnüm etməkdir.
ELTV-nin 5 yaşının tamam olması münasibətilə yeni korporativ loqo və leyblı da dəyərli tamaşaçılara və oxucularımıza təqdim edirik.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
XƏBƏR LENTİ
-
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
-
Zəfər Gününə həsr olunmuş “Keçmişdən bu günə: Tarixi geyim və döyüş atributlarının interaktiv təqdimatı” adlı tədbir keçirilib - (Foto)
-
Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk - (Foto)
-
Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib - (Foto)
-
Qubada ağır qəza - Xəsarət alanlar var
-
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Prezident İlham Əliyev: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!
-
Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir
-
Prezident İlham Əliyev: Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir
-
Prezident İlham Əliyev: Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir
-
Prezident İlham Əliyev: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür
-
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar
-
Prezident İlham Əliyev: Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin
-
Prezident İlham Əliyev: Xankəndidə də Zəfər Muzeyi olacaq
-
Prezident İlham Əliyev: Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib
-
Prezident İlham Əliyev: Bu gün biz azad Qarabağda qurub-yaradırıq
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb
-
Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi
-
Prezident İlham Əliyev: Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi
-
Prezident İlham Əliyev: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciət edib - (Video/Foto)
-
Hava ilə bağlı son məlumat
-
8 Noyabr Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur - Şahbaz Şərif