Windows 8.1 ən yaxşı oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hi-Tech Mail.ru oxucularının səsverməsinə əsasən, İlin ən yaxşı qadceti mükafatı çərçivəsində Windows 8.1 2013-cü ilin ən yaxşı əməliyyat sistemi seçilib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, əlavələr mükafatı nominantları sırasında Hi-Tech Mail.ru internet birliyi Windows 8.1-i ən yaxşı əməliyyat sistemi elan edib.
Şirkətdən qeyd edilib ki, Windows 8.1 ƏS mobil qurğular üçün yaradılıb və müasir softun, servisin və avadanlığın təklif etdiyi ən yaxşı şeyləri özündə birləşdirir. Windows 8.1 - personal kompüter və planşetlərə uyğun, bir sıra funksiya və imkanlara malik olan ultramüasir əməliyyat sistemidir. Windows 8.1 ƏS əvvəlcədən Windows 8-ə qoyulmuş konsepsiyanın məntiqi davamıdır. Bu sistemdə əlavələr və xidmətlər birgə işləyir və əyləncə və iş üçün nəzərdə tutulmuş çevik və aydın mühiti təklif edir.
Bundan başqa, Windows 8.1-də biznes məlumatların uzaqdan silinməsi, biometriyanın yoxlanılmasının təkmilləşdirilmiş dəstəyi, qurğunun bloka salınması və ümumi şifrlənməsi, yaxşılaşdırılmış Internet Explorer brauzeri, zərərli proqram təminatından müdafiə və bu kimi təhlükəsizlik alətləri yer alıb.
Qeyd edək ki, Hi-Tech Mail.ru ardıcıl olaraq 4 il İlin ən yaxşı qadceti mükafatını təşkil edir. Ötən il ərzində buraxılan qurğulardan portalın redaksiyası ən çox görünən yenilikləri seçib və istifadəçilər arasında səsvermə keçirib. Hi-Tech Mail.ru tərəfindən təşkil olunmuş səsvermədə 400 mindən artıq insan iştirak edib. İştirakçılar 10 kateqoriya üzrə səs verib - smartfonlar, kompüterlər, planşetlər, ilin dizaynı, məişət texnikası, audio, əlavələr və eyni zamanda mobil rabitə operatorlarının daxil olduğu Sair kateqoriyası. Hər bir seçici hər kateqoriya üzrə yalnız bir dəfə səs verə bilərdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
-
Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Telefon suya düşəndə bu 4 səhvi etməyin
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama





