Reuters xəbər agentliyi yazır ki, Sony şirkəti iki ay ərzində 5.3 mln Playstation 4 oyun konsolu satıb. 29 noyabr tarixində ABŞ, Qərbi Avropa və Latın Amerikasında əlavənin satışlarına başlanılıb. Bir müddətdən sonra Playstation 4 Asiyanın bir sıra ölkələrində satışa çıxarılıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, 8 fevral tarixinədək satılmış oyun konsollarının sayı 5,3 milyona çatıb. Yaponiyada oyun konsolu 22 fevral tarixinə kimi əlçatan olacaq.
PlayStation 4 oyun konsolu səkkiznüvəli Jaguar AMD prosessoru, PS4 ehtiyacları nəzərə alınaraq modifikasiya edilmiş Radeon qrafik prosessoru, 8 QB əməli yaddaş və 500 QB həcmində daşıyıcı, Blu-Ray disk qurğusu, HDMI, USB 3.0 konnektorları, Bluetooth və Wi-Fi modulları ilə təchiz edilib.
Milli.Az