Onun artıq 10 yaşı var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
10 fevral 2004-cü ildə işə salınan Flickr sürətlə populyarlaşmağa başlayıb, 2005-ci ildə servis Yahoo! internet şirkətinə satılıb. 2009-cu ildə Flickrin iOS əməliyyat sistemi üçün əlavəsi yaradıldıqdan sonra servisə yüklənən fotoşəkillərin çoxu mobil qurğulardan daxil olur. 2011-ci ildən Android sistemli qurğuların istifadəçiləri də əlavədən yararlanmaq imkanı əldə ediblər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən ilin mayında servis bütün istifadəçilərə 1 terabayt tutumlu məlumatları pulsuz saxlamağa icazə verib. Bu funksiya istifadəyə verildikdən sonra dərc edilən fotoşəkillərin sayı təxminən iki dəfə artıb.
Bununla belə, Flickr hələ də böyük sosial servis hesab edilmir. Məsələn, bu yaxınlarda onilliyini qeyd etmiş Facebook sosial şəbəkəsində istifadəçilər 400 milyarddan çox fotoşəkil yükləyiblər.
Biz bu bayramı böyük ruh yüksəkliyi ilə qeyd edirik. On il əvvəl bu saytın yaradılmasını arzulayanda, onun bütün dünyanın insanları arasında fotoşəkil və ünsiyyət mübadiləsi üsullarına necə təsir edəcəyini heç təsəvvürümüzə gətirmirdik. Mən Flickr ilə fəxr edirəm və səbirsizliklə gələcəkdə baş verəcək hadisələri gözləyirəm, - servisin həmtəsisçisi Stüard Batterfild bildirib.
Yubiley münasibətilə Flickr servisin bütün inkişaf mərhələlərindən bəhs edən film dərc edib.
Son vaxtlar Flickr innovasiyalar tətbiq etməməsinə görə tez-tez tənqid olunur. Çoxları onun Instagram, Snapchat və digər servislər tərəfindən rəqabətlə əlaqədar fəaliyyətini dayandıracağını bildirir. Bununla belə, hazırda Flickrin populyarlığı artmaqda davam edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)





