Oğurlanan məlumatların sayı açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2013-cü ilin yanvar-iyununda xüsusi xidmət orqanları Microsoft korporasiyasına 15-16 min dəfə, Googlea 9-10 min dəfə, Facebooka 5-6 min dəfə müraciət edib. Ən çox (30 min dəfə) müraciət Yahoo! şirkətinə edilib. Statistikaya yalnız Federal Təhqiqatlar Bürosu (FTB) və Milli Təhlükəsizlik Agentliyinin (MTA) məhkəmə tərəfindən Xarici kəşfiyyat xidmətlərinin fəaliyyətinə nəzarət haqqında (Foreign Intelligence Surveillance Act, FISA) qanuna əsasən təsdiq edilən məxfi sorğuları daxildir.
ABŞ-ın İT şirkətləri xüsusi xidmət orqanlarının sorğuları haqqında informasiyanı Ədliyyə Nazirliyi ilə razılığa gəldikdən sonra açıqlaya biliblər. ABŞ xarici kəşfiyyatına nəzarət üzrə məhkəmə yanvarın sonunda məxfi sorğuların sayı və onların aid olduğu istifadəçi sayı haqqında məlumatların dərc edilməsinə icazə verib. Şirkətlərə bu məlumatları istifadəçilərin və müraciət edən idarələrin adı açıqlanmamaq şərtilə yarım il sonra dərc etməyə icazə verilib.
Şirkətlər qeyd ediblər ki, informasiyanın bu səviyyədə açıqlanması yetərli deyil. Belə ki, Google nümayəndələri bildiriblər ki, internet istifadəçilərini izləməyə imkan verən qanunların necə işləməsini və onların ictimai marağa xidmət etməsini hamının görməsi üçün nəzarət sistemlərinin fəaliyyəti daha şəffaf olmalıdır. Yanvarın ortalarında ABŞ prezidenti Barak Obama da bu sahədə daha çox şəffaflığın olmasını məqsədəuyğun hesab etdiyini bəyan edib.
Microsoft, Google, Yahoo!, Facebook və LinkedIn ABŞ xarici kəşfiyyatına nəzarət üzrə məhkəməyə 2013-cü ilin yayında onların internet istifadəçilərinin izlənməsi üzrə PRISM proqramı çərçivəsində MTA ilə əməkdaşlıq etmələri məlum olduqdan sonra müraciət edərək xüsusi xidmət orqanları tərəfindən istifadəçilər haqqında sorğularla bağlı ətraflı statistikanın dərc edilməsinə icazə verməyi tələb ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
-
Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Telefon suya düşəndə bu 4 səhvi etməyin
XƏBƏR LENTİ
-
Bütün zamanların ən böyük kino ulduzları
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev





