Texnologiya

Windows XP-dən Windows 8-ə keçmək istəmirlər

4 Fevral 2014 20:20
0 Şərh     Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Microsoft korporasiyasının çağırışlarına baxmayaraq, Windows XP əməliyyat sisteminin (ƏS) istifadəçiləri Windows 8 platformasına keçmək istəmirlər. Net Applications analitik şirkətinin dərc etdiyi məlumatlar ABŞ korporasiyasının rəhbərliyini açıq-aydın məyus edəcək. 2014-cü ilin yanvarında Windows XP ƏS-nin bazar payı 2 ildə ilk dəfə 2 dəfə artıb. Windows 8 sisteminə tələbat isə azalıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən ay 13 yaşlı ƏS-i 29,23% kompüterdə quraşdırılıb ki, bu da 2013-cü ilin dekabr ayının göstəricisini 0,25% ötür. Windows 8 platformasının bazar payı 6,89-dən 6,63%-dək azalıb.

Ekspertlər hesab edirlər ki, Microsoft üçün bu rəqəmlər ekstremaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.