Mobil gəlirlər 200 milyarda çatacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Belə ki, 2013-cü ilin yekunları üzrə dünyada aktiv mobil rabitə SİM kartlarının sayı 6,6 milyard təşkil edib və Ericsson şirkətinin proqnozuna görə 2017-ci ilədək 8,4 milyardı ötəcək. 3G və 4G/LTE şəbəkələri aktiv inkişaf edir; 2017-ci ilin sonunadək dünyada məlumatların mobil ötürülməsindən əldə olunan gəlirlərin 200 milyard dollara çatacağı gözlənilir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, J'son & Partners Consultingin məlumatına görə, smartfon və planşet fərdi kompüterlərin populyarlığının və şəbəkələrin buraxılış qabiliyyətinin artması fonunda məlumatların ötürülməsi trafiki kəskin şəkildə yüksəlir. Bununla əlaqədar orta müddətli perspektivdə mobil operatorlar mobil məlumat ötürülməsinə və müvafiq servislərə artan tələbatın öhdəsindən gəlmək üçün simsiz rabitə infrastrukturuna investisiyalar yatırmaqda davam etmək məcburiyyətində qalacaqlar. Bu halda mobil trafik operatorların gəlirlərindən daha sürətli artır, trafikin ötürülmə vahidinin dəyəri isə daima azalır.
Sənaye nümayəndələrinin gözləntilərinə görə, LTE şəbəkəsinin tətbiqi operatorlar üçün məlumatların ötürülməsi dəyərinin 3G/HSPA şəbəkəsi ilə müqayisədə yarıdan çox artıb. Bundan başqa, LTE kimi yeni texnologiyalardan istifadə edən operatorlar əlavə xidmətlər təqdim etmək və abunəçilərin məmnunluğunu artırmaq üçün imkanlar əldə edir. Operatorlar mobil trafiki Wi-Fi şəbəkələr vasitəsilə daha fəal boşaldır, WiMAX və TDD-LTE texnologiyalarından kiçik şəbəkələr üçün backhaul paylayıcı şəbəkələri kimi istifadə etməyə başlayırlar. Bütün bu amillər bazarın sözügedən seqmentində avadanlıq bazarının inkişafı üçün əsas inkişaf rolunu oynayır.
Digər tərəfdən, yeni nəsil şəbəkələrinə keçid üçün əsas problemləri qeyd etmək olar. Onların sırasına əksər regionlarda əlverişli spektrin çatışmazlığı, LTE və heterogen şəbəkələrdə səsli xidmətlərin göstərilməsi arxitekturasının qeyri-müəyyənliyi, 3G-yə investisiyaların qayıtmasının gözlənilməsi daxildir.
Bununla belə, 4G infrastrukturuna investisiyalar 2017-ci ilədək artmaqda davam edəcək. O vaxtadək sahə LTE şəbəkələrinin kommersiyalaşdırılması, LTE Advanced (LTE-A) şəbəkəsinin qurulmasının ilkin mərhələsindən keçəcək və heterogen dövrə qədəm qoyacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq





