Texnologiya

Yeni məlumat rekordu vuruldu

23 Yanvar 2014 19:57
0 Şərh     Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alcatel-Lucent və Britaniyanın BT internet provayderinin mütəxəssisləri elan ediblər ki, yeni nəsil magistral marşrutlayıcıların sınağı uğurla başa çatıb. Mövcud və istismara hazırlanan fiber-optik kabellə məlumatlar saniyədə 1,4 terabit sürətlə ötürülüb. Sınaq 410 kilometr məsafədə London və İspviç şəhərləri arasında həyata keçirilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər məlumatların ötürülməsi üçün 1.4 TB/s sürətini yeni dünya rekordu adlandırıblar. Flexgrid texnologiyasına malik yalnız yeni magistral marşrutlayıcılar bu sürətə nail olmağa icazə verir. Onların istifadəsi internet-provayderlərə öz şəbəkələrinin keçirtmə qabiliyyətini bütün infrastrukturu yenidən qurmadan xeyli artırmağa icazə verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.