Texnologiya

Çin öz əməliyyat sistemini hazırladı

18 Yanvar 2014 19:57
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çin istehsalçıları COS (Chinese Operating System) əməliyyat sistemini təqdim ediblər. Bu platforma yerli bazarda Android və iOS kimi rəqiblərinin mövqeyini zəiflətməlidir. Sistem Linux əməliyyat sisteminə əsaslanır və kompüter, smartfon, planşet, televizorlara və bəzi başqa elektron texnikaya quraşdırılmaq üçün nəzərdə tutulub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, artıq bundan əvvəl Çində OPhone adlı müstəqil platforma yaratmağa çalışıblar, lakin bu cəhdi uğurlu adlandırmaq olmaz. COS açıq platformadır və yüksək lokallaşdırma keyfiyyəti, təkmilləşdirilmiş nitqin tanınması texnologiyası, Çində populyar xidmətlərin təkmilləşdirilmiş dəstəyi və sairə ilə fərqlənir.

COS əməliyyat sistemi dövlətin dəstəyi nəticəsində Shanghai Liantong şirkəti və ISCAS (Çin elmlər akademiyası nəzdində proqram təminatı institutu) tərəfindən hazırlanıb. Sistemin nümayişi zamanı jurnalistlər HTC One və HTC Butterfly smartfonlarına quraşdırılmış COS sistemi ilə tanış olublar. Çinin milli əməliyyat sistemi görünüşcə Android platformasına olduqca oxşayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.