Milli.Az ICTnews-a istinadən bildirir ki, artıq bundan əvvəl Çində OPhone adlı müstəqil platforma yaratmağa çalışıblar, lakin bu cəhdi uğurlu adlandırmaq olmaz. COS açıq platformadır və yüksək lokallaşdırma keyfiyyəti, təkmilləşdirilmiş nitqin tanınması texnologiyası, Çində populyar xidmətlərin təkmilləşdirilmiş dəstəyi və sairə ilə fərqlənir.
COS əməliyyat sistemi dövlətin dəstəyi nəticəsində Shanghai Liantong şirkəti və ISCAS (Çin elmlər akademiyası nəzdində proqram təminatı institutu) tərəfindən hazırlanıb. Sistemin nümayişi zamanı jurnalistlər HTC One və HTC Butterfly smartfonlarına quraşdırılmış COS sistemi ilə tanış olublar. Çinin milli əməliyyat sistemi görünüşcə Android platformasına olduqca oxşayır.
Milli.Az