Windows 8 sürətlə populyalaşır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Net Applications analitik şirkətinin məlumatına görə, 2013-cü ilin dekabrında Windows 8 və Windows 8.1 əməliyyat sistemlərinin masaüstü qurğular bazarında payı müvafiq olaraq 6,89 və 3,6 faiz təşkil edib. Bununla, hazırda bazarın 10,49 faizi bu sistemlərə məxsusdur. Windows 8-dən bir il sonra buraxılan Windows 8.1 sisteminin payı son ayda təxminən 1 faiz artıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, 10 faizlik həddin dəf edilməsi müsbət nəticə hesab edilsə də, Microsoft korporasiyası daha böyük uğur qazanacağına ümid edib. Windows 8 sistemləri ilə həm masaüstü kompüter və noutbuklar, həm də planşetlər tədarük edilir. Mobil qurğular seqmentində bu sistemli kompüter və planşetlər Apple şirkətinin iPad planşet modeli və Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən ucuz qurğularla (məsələn, Tesco Hudl və Google Nexus 7) rəqabət aparmaqda çətinliklə üzləşir. Bununla belə, smartfon və planşetlər ev fərdi kompüterlərini sürətlə sıxışdırır.
Ötən ilin dekabrında Windows 7 versiyasının payı 47,5 faizə bərabər olub ki, bu da əvvəlki aydan 0.88 faiz çoxdur. Windows XP-in payı 2,24 faiz azalaraq 28,98 faizədək aşağı düşüb. Windows XP sisteminin dəstəklənmə müddəti cari ilin aprelin 8-də başa çatır.
Windows dünyanın ən populyar əməliyyat sistemi olaraq qalır. Ümumilikdə masaüstü sistemlər bazarında Windowsun bütün versiyalar üzrə payı 90,73 faiz təşkil edir. Mac OS X və Linux əməliyyat sistemlərinin payı müvafiq olaraq 7,54 və 1,73 faizə bərabərdir. Onu da qeyd edək ki, son ildə bu sistemlərin payında cüzi artım müşahidə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)
-
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - (Foto)
-
Pensiya artımı ilə bağlı rəsmi açıqlama





