Dell-də yenə ixtisarlar olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın fərdi kompüter istehsalçısı Dell dünyada müəssisələrində çalışan şirkət əməkdaşlarının sayında geniş ixtisarlar aparmağı planlaşdırır.
Belə ki, şirkət ABŞ-da yerləşən satış bölməsinin 20 faiz işçisini və Avropa, Afrika və Yaxın Şərqdə məhsulların marketinqinə və satışına məsul olan ştatın 30 faizini işdən azad etməyə hazırlaşır. Fərdi kompüter, korporativ proqram təminatı, məlumatların saxlanılması qurğularının istehsalı sahəsində çalışan əməkdaşlar işlərindən məhrum olacaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Dellin nə qədər iş yerini ixtisar etmək niyyətində olması hələ ki məlum deyil. Hazırda şirkət əməkdaşlarının təxmini sayı 111 300 nəfər təşkil edir.
Ötən ilin dekabrında ABŞ istehsalçısı işçilərinə pul kompensasiyası əvəzində işdən könüllü getməklə bağlı proqramı işə salıb. Dell heç vaxt ştatın azalması ilə bağlı məlumatları inkar və təkzib etməyib.
Şirkətin mətbuat katibi Devid Frink bildirib ki, Dell uzunmüddətli uğura hesablanmış hədəf üzərində işləyir və bu məqsədə nail olmaq üçün şirkət işçi qüvvəsinə təsir edəcək sərt qərarlar qəbul edə bilər.
Xatırladaq ki, ötən ilin oktyabrın sonunda Dell özəlləşdirilib. Şirkətin səhmləri Silver Lake Lake Partners investisiya tərəfdaşının dəstəyi ilə Dell təsisçisi və baş direktoru Maykl Dell tərəfindən 24,9 milyard dollara satın alınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)





