Samsung əyilən televizor göstərdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cənubi Koreyanın Samsung şirkəti CES 2014 sərgisində yeni 85 düym (216 santimetr) diaqonallı elastik Samsung Bendable TV məhsulunu təqdim edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, izləyici idarəetmə pultu vasitəsilə televizoru istənilən bucağadək əyə bilər. Texniki olaraq, televizor LED işıqlaması əsasında işləyir.
CES 2014 sərgisində Koreyanın LG Electronics şirkəti televizorun OLED orqanik işıqsaçan diodlar texnologiyasına əsaslanan 77 düymlük variantını təqdim edib. Hər iki şirkət təqdimatlarında televizorların keyfiyyətcə yeni teleizləmə təcrübəsini təqdim etdiyini qeyd ediblər.
Samsung bildirib ki, televizorun əyilməsinin bir sıra praktiki üstünlükləri var. Birincisi, müəyyən dərəcədə əyilmiş televizora müxtəlif məsafələrdən baxmaq daha rahatdır, ikincisi, əyilmiş televizoru yer itkisinə yol vermədən otağın küncünə qoymaq olar. Bu cür yanaşmanı tənqid edənlər bildirirlər ki, bu televizorların əhəmiyyətsiz üstünlükləri onların qiymətləri arxasında gizlədilir. İstənilən halda kütləvi istehlakçı bu yenilikdən istifadə etməkdə çətinlik çəkəcək və onun quraşdırılması iri şirkətin konfrans zalında və ya premium səviyyəli ictimai yerdə mümkündür.
Bu modellərin istehsalçılarının əsas problemi istehlakçıları bu televizorların onlara lazımlığına inandırmaqdır. LG və Samsung eyni bazar uğrunda mübarizə aparırlar, lakin şirkətlər bir-birlərinə uyğunlaşıblar və bir-birlərindən yaxşı fərqlənirlər,- deyə CCS Insight şirkətinin meneceri Martin Qarner bildirib.
CES 2014-də iştirak edən şirkətlərin heç biri yeni televizorların nə vaxtdan bazara çıxarılacağı haqda məlumat verməyiblər. Hər iki şirkət təqdimat zamanı texnoloji innovasiyalara, orijinallığa və istehlakçı məftunluğu faktoruna söykəniblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq





