Sony və Panasonic birgə işi dayandırdılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az ICTnews-a istinadən bildirir ki, Sony və Panasonic OLED televizorlar bazarında fəaliyyət göstərən alyansı 2012-ci ilin yayında yaradıb. O zaman istehsalçılar birlikdə gələcək nəsil üzvi elektrolüminissent panel (ELD) və modullar yaratmaqla bağlı planlarını açıqlayıb. Əməkdaşlıq sayəsində şirkətlər yeni displey texnologiyalarının və istehsal xətlərinin qurulması ilə bağlı xərc və riskləri azaldacaqlarına ümid ediblər. İlyarım sonra Sony və Panasonic OLED məhsulların yaradılmasında tərəfdaşlıq əlaqələrini pozmaq qərarına gəlib. Lakin şirkətlər gələcəkdə OLED panellər üzərində birgə işi bərpa edə bilər.
Yaponiya istehsalçıları ultrayüksək təsvir ölçülü 56 düymlü OLED televizorların prototiplərini Las-Veqasda keçirilən CES 2013 sərgisində nümayiş etdiriblər. Rəqib Samsung və LG şirkətləri artıq qiymətləri baha olan belə məhsulları bazarda satır. Analitiklərin fikrincə, istehsalçılar OLED televizorların qiymətinin aşağı salınması üzərində işi davam etdirsələr də, onların qiyməti maye-kristal modellərin qiymətinə 2016-cı ildən tez yaxınlaşmayacaq.
Hazırda ekran diaqonalı 55 düym təşkil edən OLED televizorların dəyəri təxminən 10 min dollar təşkil edir ki, bu da maye-kristal (LCD) panellər əsasında yaradılan analoji ölçülü televizorların qiymətindən təxminən səkkiz dəfə bahadır.
Dünyanın ilk OLED televizor istehsalçısı Sony şirkəti hesab edilir. Yaponiya şirkəti 11 düymlü XEL-1 televizor modelini 2,5 min dollara 2007-ci ildə təqdim etsə də, kütləvi bazar üçün daha böyük qurğular yarada bilməyib.
Qeyd edək ki, OLED panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodları işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. OLED displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çində robot Usain Boltun rekordunu geridə qoydu - (Foto)
-
iPhone” alanların nəzərinə!
-
Azərbaycanda SMS-lərin sayı son 5 ildə 4 dəfəyə yaxın azalıb
-
Ağcaqanadların sonu gəlir – Lazer silahı hazırlandı - (Foto)
-
Android telefonu oğurlananda bu funksiyaları aktiv edin: Özü kilidlənəcək
-
Yeni “iPhone” daha iri olacaq: Kamera sistemi yenilənir - (Foto)
XƏBƏR LENTİ
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı
-
"Sabah"ın qələbəsi ilə Azərbaycan avrokuboklarda zirvədə - Siyahı
-
"Sabah" UEFA Çempionlar Liqası tarixinə düşdü
-
Amerikalı müğənni Dolli Parton vəfat edib
-
Türkiyənin iki vilayətində zəlzələ olub
-
Halit Ergençin 15 illik gizli peşəsi ortaya çıxdı - (Foto)
-
“Qarabağ” “Sabah”ı təbrik etdi
-
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
-
Günün qoroskopu: Ailə üzvlərindən biri ilə bağlı xoş bir xəbər ala bilərsiniz
-
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
-
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
-
Tahir Gözəl və Qurbanovdan “Sabah”ın uğuruna reaksiya - (Video)
-
"Bayquşlar" tarix yazdı - Yenilənib - (Video)





