Planşetlər daha yaxşı qorunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şirkət ekspertlərinin proqnozlarına əsasən, hakerlər onlarda olan boşluqları sərfəli qiymətə satmaq üçün aprelin 8-ni gözləyirlər ("Microsoft" korporasiyası 8 aprel 2014-cü ildən "Windows XP" sisteminin dəstəklənməsini dayandıracaq). Boşluqların yüksək qiymətə olacağı gözlənildiyindən onlardan kütləvi virusların yayılması üçün yox, iri şirkətlərə və ya yüksəkvəzifəli şəxslərə qarşı məqsədli hücumların edilməsi üçün istifadə olunacaq.
Ekspertlər güman edirlər ki, 2014-cü ildə "Android" əməliyyat sistemi üçün təhlükə sənaye idarəetmə sistemlərində yayılmağa başlayacaq, çünki mobil telefonların satış həcminin yaxın illərdə artımının dayanması gözlənilir. Odur ki, "Android" tərtibatçıları planşetlər, oyun konsolları, daşınan qurğular, məişət cihazları və sənaye idarəetmə sistemləri (ICS/SCADA) daxil olmaqla "Google"un əməliyyat sistemi üçün mənimsənilməmiş yeni bazarlar axtarmalıdırlar.
"Fortinet"in proqnozuna əsasən, gələn il bu qurğulara qarşı yönələn zərərli proqramların ilk nümunələri yaradılacaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, cinayətkarların diqqətini "Əşyalar interneti" də cəlb edəcək. Söhbət ev üçün elektrik enerjisindən istifadəni, soyuducularda temperaturu idarə edən avtomatlaşdırılmış qurğulardan, eləcə də ev sahiblərinin hansı vaxtda evə qayıtmasını göstərən məsafəli proqram təminatından gedir. Bu yeniliklər cinayətkarları maraqlandırmaya bilməz.
Qeyd edək ki, "NetMarketShare" şirkətinin məlumatına əsasən, 2013-cü ilin sentyabrında "Windows XP"-dən dünyanın 31,42 faiz kompüterində istifadə olunub. Digər analitik şirkət "Gartner"in məlumatına görə, aprelin 8-dək orta və iri müəssisələrin 15 faizindən çoxu "Windows XP"-dən istifadə edəcək və hər bir şirkətdə bu əməliyyat sistemi fərdi kompüterlərin ən azı 10 faizində quraşdırılacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)





