40 il əvvəl "Microsoft" yarandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, Gates və Allen dost olub. Hər iki gənc Sietldakı Leyksayd Məktəbində "Basic" proqram dili üzrə təhsil alırmış. Allen orta təhsilini Gates-dən tez başa vurub, Vaşinqton Dövlət Universitetinə daxil olur. Onların ilk birgə məhsulu "Intel 8008" çipi əsasında qurduqları kompüter olur. Bu kompüterdən Vaşinqton ştatının Nəqliyyat Departamenti üçün nəqliyyat sıxlığını analiz etmək üçün istifadə edilir.
Sonra Allen Bostona, "Honeywell"də işləməyə gedir. Gates isə Harvard Universitetinə qəbul olunur. 1974-cü ilin sonlarında ilk personal kompüter qurğusu sayılan "Altair 8800" barədə xəbərlər onları cuşa gətirir. Onlar "Basic" proqram dili vasitəsilə bu qurğunu xeyli təkmilləşdirə biləcəklərini hiss edirdilər.
GATES VƏ ALLEN GECƏ-GÜNDÜZ ÇALIŞIR
Allen "Altair"in istehsalçısı olan MATS-ın (Mikro-Avadanlıqlar və Telemetriya Sistemləri) prezidenti Ed Roberts-lə görüşüb bu ideyanı ona sata bilir. Bununla da Gates və Allen "Basic"lə işləyən ilk mikrokompüter hazırlamaq üçün gecə-gündüz çalışmağa başlayırlar. 1975-ci ilin yanvarında Allen MATS-ın proqram təminatı direktoru vəzifəsini icra etmək üçün Nyu-Meksiko ştatının Albukerke şəhərinə köçür. Bu arada Gates Harvardda ikinci kursda oxuyurdu. O, təhsilini yarımçıq qoyub, Allen-in yanına - Albukerkeyə gedir.
O vaxt Allen-in 22, Gates-in isə 19 yaşı vardı. Mart ayına kimi artıq "Basic"lə işləyən "Altair" mövcud idi. "Microsoft" şirkəti faktiki olaraq həmin ilin aprel ayından fəaliyyət göstərsə də, bu adı alması bir neçə ay çəkir.
Gənc şirkət o dövrün ən çox satılan "Apple II" və "Radio Shack TRS-80" kompüterlərinin də "Basic" versiyalarını yaradır.
İNANILMASI ÇƏTİN OLSA DA
1979-cu ildə "Microsoft" Albukerkedən Vaşinqtona, Belvyuya köçür. 1981-ci ildə IBM-in "Microsoft"un 16-bitlik əməliyyat sistemi olan MS-DOS 1.0. ilə işləyən personal kompüteri istifadəyə verməsindən bir neçə həftə öncə korporasiyaya çevrilir.
İldırım sürətilə inkişaf edən şirkət bir də 1986-cı ildə qərargahını dəyişərək Redmonda köçür. Həmin ilin martında "Microsoft" xalqa açıq elan edilir və onun səhmlərinin birjada alğı-satqısına başlanır. İnanmaq çətin olsa da, fakt budur ki, şirkətin səhmi o gündən bu yana ilkin qiymətindən nə az - nə çox, düz 280 dəfə çox (hətta inflyasiyanı nəzərə aldıqda belə, 140 dəfə çox) dəyər qazanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır





