Texnologiya

IBM-in direktoru işdən gedir

11 Noyabr 2013 22:25
0 Şərh     Baxış: 1 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
IBM şirkətinin son 10 il ərzində baş icraçı direktoru səlahiyyətlərini yerinə yetirən hazırkı maliyyə direktoru Mark Loqric vəzifəsini tərk edir. Onun əvəzinə indiyədək qlobal maliyyələşdirmə bölməsinin baş idarəedicisi vəzifəsini tutmuş 49 yaşlı Martin Şreter təyin olunacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, M.Loqric korporasiyanın fəaliyyət göstərdiyi 102 il ərzində vəzifəsini hamıdan çox icra etmiş maliyyə direktoru olub. Onun rəhbərliyi altında IBM fərdi kompüterlər istehsalından ayrılaraq diqqətini server, proqram təminatı və İT xidmətlərə yönəldib.

M.Şreter ABŞ istehsalçısında 1992-ci ildən çalışsa da, korporasiyanın qlobal maliyyələşdirilməsi ilə 2007-ci ildən məşğul olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.