Dell Samsung-u ötdü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az ICTnews-a istinadən bildirir ki, ümumilikdə bazarın həcmi 33,5 milyon ədəd qiymətləndirilib ki, bu da IDC şirkəti analitiklərinin gözlədiyi nəticədən 1,6 milyon çoxdur. Lakin ekspertlər qeyd edirlər ki, ötən rübdə monitorların tədarükü 2012-ci ilin müvafiq dövründən 6,7 faiz az olub.
Elan edilmiş iri monitor istehsalçıları reytinqində 14,9 faizlik bazar payı ilə Dell şirkəti liderlik edir. Bir il əvvəl şirkət bazarın 13,8 faizinə nəzarət edib, monitorların tədarükü isə 4,9 milyon ədədə bərabər olub.
Samsung ikinci yerdə qərarlaşıb. Ötən rübdə Cənubi Koreya istehsalçısı 4,22 milyon monitor tədarük edib ki, bu da 2012-ci ildən 24,1 faiz aşağıdır. Bunu nəzərə almaqla şirkətin bazar payı 15,5 faizdən 12,6 faizədək azalıb, lakin mədaxil göstəricisinə görə Samsung ilə rəqabət apara biləcək şirkət yoxdur. Çünki şirkət monitor satışlarından 1,1 milyard dollardan çox qazanc əldə edib. Bu isə ümumdünya satış həcminin 18,5 faizi deməkdir.
Qlobal miqyasda Hewlett-Packard (HP) şirkəti üçüncü yeri (3,99 milyon monitor, bazar payı 11,9 faiz) tutsa da, Qərbi Avropa ölkələrində və Kanadada HP tədarük həcminə görə liderdir.
Dördüncü yerdə 9,9 faizlik bazar payı ilə LG şirkəti yer alıb. Şirkət TOP-5 siyahısında ən yüksək artıma nail olaraq 3,34 milyon monitor tədarük edib, halbuki ötən il bu göstərici 2,86 milyona (+16,6 faiz) bərabər olub. Beşinci yeri təxminən 3 milyon monitor (ötən ildən 9 faiz az) tədarük edən və 9,1 faizlik bazar payına sahib çıxan Çinin Lenovo şirkəti tutub.
Vəziyyəti coğrafi baxımdan təhlil edən analitiklər bildiriblər ki, ən böyük fərdi kompüter monitorları bazarı payı 29,2 faizə bərabər olan Çin olaraq qalır. İkinci yerdə 18,4 faizlə ABŞ, üçüncü yerdə 4,3 faizlik göstərici ilə Braziliyadır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)





