Ericsson 3 mərkəz yaradır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ericsson şirkəti 5 il ərzində 3 qlobal İKT mərkəzinin açılmasına 7 milyard İsveç kronu (təxminən 1,1 milyard dollar) məbləğində investisiya yatırmağı planlaşdırır. Mərkəzlərdən ikisi İsveçdə (Stokholm və Linçeypinq şəhərlərində), üçüncüsü Kanadada (Monreal şəhəri, Kvebek əyaləti) yerləşəcək.
Milli.Az ICTnews-a istinadəni bildirir ki, Ericssonn-un R&D bölməsinin yaxınlığında yerləşən yeni mərkəzlər 24 mindən çox mühəndis tədqiqatçıları bir araya gətirməklə müxtəlif ölkə mütəxəssislərinin daha səmərəli əməkdaşlığının inkişafına xidmət edəcək. Şirkətin müştəriləri uzaq məsafədən sınaq layihələrində iştirak etmək və ilkin mərhələlərdə innovasiyalı məhsullara çıxış əldə etmək imkanı əldə edəcəklər.
3 İKT mərkəzinin ümumi ərazisi 120 min kvadratmetr təşkil edəcək ki, bu da təxminən 14 futbol meydançasının ölçüsünə uyğun gəlir. Yeni mərkəzlərdə şirkətin bütün biznes istiqamətləri üzrə tədqiqat mərkəzləri yerləşəcək və onlar yeni həllərin işlənməsi sahəsində R&D fəaliyyətin təşkili üçün əsas olacaq, bulud həllərin daha fəal inkişafına zəmin yaradacaq.
Ericssonn-un qiymətləndirməsinə əsasən, mərkəzlərin konstruksiyası və yerləşməsi enerji sərfiyyatını 40 faizədək azaltmağa imkan verəcək. Karbon tullantılarının xeyli azaldılmasını şirkət davamlı inkişafın ayrılmaz hissəsi hesab edir.
İsveçdə 2 İKT mərkəzi 2013-2014-cü illərin sonunda, Şimali Amerikadakı mərkəz isə 2015-ci ilin əvvəlində istifadəyə veriləcək.
Qeyd edək ki, Ericssonnun nəhəng tədqiqat mərkəzləri İsveçdə yerləşir və orada 9 min əməkdaş çalışır. Digər böyük filiallar isə Çin, ABŞ, Kanada və Macarıstanda fəaliyyət göstərir. 2012-ci ildə şirkətin elmi-tədqiqat işlərinə xərcləri 32,8 milyard İsveç kronu (5 milyard dollardan çox) və ya satış həcminin 14 faizini təşkil edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq





