Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni Wi-Fi standartı nədir? - ARAŞDIRMA
3 İyul 2013 16:54
0 Şərh
Baxış: 1 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
802.11ac standartı
Milli.Az ICTnews-a istinadən bildirir ki, 802.11ac standartının yaranma tarixini 2011-ci ilin yanvarından götürmək olar. Məhz o zaman Elektrotexnika və Elektronika üzrə Mühəndislər İnstitutu (IEEE) Wi-Fi texnologiyasının yeni standartının ilk qaralama redaksiyasını qəbul edib. Həmin ilin noyabrında isə Quantenna şirkəti router və kommersiya qurğularına uyğun ilk belə mikrosxem çipseti istehsal edib. Sürətli Wi-Fi texnologiyasının inkişafında digər mühüm mərhələ kimi ötən il keçirilmiş CES sərgisini qeyd etmək olar. Adıçəkilən sərgidə ən böyük mikrosxem istehsalçısı Broadcom yeni kontrollerlər təqdim etmiş, Lenovo, ZTE, Comcast, Huawei və elektronika bazarının başqa mühüm oyunçuları onları öz məhsullarına tətbiq etməyə razılaşmışdılar.
802.11ac standartı 802.11n-dən nə ilə fərqlənir?
Ən əsası odur ki, yeni Wi-Fi standartı üç dəfə daha böyük sürət təklif edir ki, bu da axın mediası (məsələn, HD video), mobil oyunlar və verilənlərin ötürülməsində öz sözünü deyəcək. Müasir 802.11n standartı bir antenadan 150, ikisindən 300 və üçündən 450 Mbit/s sürət ötürür. 802.11ac standartında bu göstəricilər müvafiq olaraq 450/900/1,3 Qbit/s təşkil edir. 8 antenaya malik 802.11ac standartına uyğun aparatlarda isə sürət 7 Qbit/s çata biləcək.
Yeni versiyanın digər faydalı cəhəti daha geniş əhatə dairəsi və sabit siqnal diapazonuna malik olmasıdır. Buna görə də bir marşrutlayıcının köməkliyi ilə bütün mənzili əhatə etmək mümkün olacaq.
Köhnə Wi-Fi ilə təchiz edilmiş elektronika qurğuları doymuş 2,4 QHs tezliyində işləyir. Buna görə də 802.11ac standartının daha bir üstünlüyü verilənlərin ötürülməsi üçün daha səmərəli 5 QHs diapazonuna keçid hesabına maneələrin aradan qaldırılmasıdır.
802.11ac standartına keçid prosesi bir neçə il çəkəcək, buna görə də yeni Wi-Fi ilə təchiz edilmiş qurğularda köhnə standartlarla uyğunluq nəzərə aınacaq. Yeni kompüteri satın aldıqdan sonra routeri tullamaq lazım gəlməyəcək: lazım gəldikdə onlar tezliklərini 5 QHs-dən 2.4 QHs-ə avtomatik dəyişə biləcəklər.
IEEE və Wi-Fi Alliance-ın yeni spesifikasiyanı 2014-cü ilin əvvəlinədək təsdiqləyəcəyi gözlənilir. Ekspertlərin qiymətləndirməsinə əsasən, 2015-ci ildə yeni spesifikasiya ən azı 1 milyard qurğuda tətbiq ediləcək. Artıq qiqabitlik Wi-Fi-ı dəstəkləyən kommersiya həlləri bazarda mövcuddur. 2013-cü ildə istehsal edilmiş MacBook Air noutbuku, HTC One smartfonu, ASUS G75VW noutbuku, Toshiba EXCITE (AT10LE - A-107) planşeti, həmçinin Belkin və D-Link şirkətlərinin istehsalı olan routerləri nümunə göstərmək olar.
802.11ac standartının rəsmi təsdiqlənməsinə uzun müddət qalsa da, internet-provayderlər hələ lazımi sürəti təmin etməyə hazır deyillər, artıq yeni Wi-Fi texniki cəhətdən əlçatandır.
WiGig texnologiyası
802.11ac standartı ilə yanaşı, daha bir perspektiv standart - 802.11ad (qeyri-rəsmi şəkildə WiGig adlanır) inkişaf edir. 802.11ac-dan fərqli olaraq sözügedən texnologiya çox yüksək mərkəzi tezlikdə (60 QHs) işləyir ki, bu da ona divarlar arasından siqnal keçirtməyə imkan vermir. WiGig texnologiyasının köməkliyi ilə bir-birinə kifayət qədər yaxın məsafədə yerləşən qurğuları qoşmaq mümkün olacaq.
Qeyd edək ki, WiGig texnologiyası saniyədə 7 qiqabitə qədər sürət təmin edir. Bu, 802.11n standartının xüsusiyyətindən 50 dəfə çoxdur. Standartın tətbiqi sahəsi monitor, xarici sərt disk və başqa periferiyanın qoşulması, həmçinin böyük həcmli verilənlərin simsiz şəbəkə ilə ötürülməsidir.
5G və LTE-A texnologiyaları
Mobil şəbəkələrin inkişafı yerində saymır. Samsung şirkəti bu ilin mayında beşinci nəsil mobil rabitənin(5G) əsasını təşkil edəcək yeni texnologiyanın işlənib hazırlanması haqqında hesabat verib. Şirkətin yaratdığı ötürücü aparat sınaqlar zamanı 2 kilometrədək radiusda 1 Qbit/s-dən yuxarı sürət nümayiş etdirib. Bu, o deməkdir ki, HD təsvir ölçülü film smartfon və ya planşetə bir saniyə ərzində yüklənə bilər. Lakin 5G-şəbəkələrə 2020-ci ildən tez qoşulmaq mümkün olmayacaq.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
ChatGPT özünə ən uyğun 3 peşəni açıqladı
-
Robot "Maykl Cekson" olmaq istədi, yerə SƏRİLDİ - VİDEO
-
Bir gündə 35 milyard dollar qazanmaq: Dell-in yüksəlişi milyarderlər siyahısını alt-üst etdi
-
Smartfonun dinlənildiyini necə anlamaq olar?
-
Sinxron tərcümə edən EYNƏK: Bütün dedikləri göz önündə - VİDEO
-
Soyuducunuzun ömrünü qısaldan SƏHVLƏR
XƏBƏR LENTİ
-
Əməkdar artist 38 il əvvəl - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb - FOTO
-
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
-
Gəncədə ağır qəza - xəsarət alanlar var
-
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək
-
Əməkdar artistin nəvəsinin məclisindən yeni FOTOlar
-
1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək
-
Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"
-
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib - FOTO
-
"Yuventus" dünya çempionunu transfer edir
-
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
-
Xoşqədəm Seda Sayanın verilişində ağladı
-
Azərbaycanla münasibətlər Vaşinqton üçün əsas prioritetdir - Kaleb Orr
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
-
Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Xameneinin dəfn yeri açıqlandı
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Casusluqda ittiham olunan şəxsə hökm oxundu
-
Əli Əsədov Denis Şmıqalla görüşdü
-
"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"
-
Anura Kumara Dissanayake Prezident İlham Əliyevə məktub ünvanlayıb