Dolların bahalaşması satışları azaltdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dolların bahalaşmasına görə dünyada fərdi kompüter və mobil telefonların satışı 7,2 faiz azalacaq
Gartner tədqiqat agentliyinin proqnozuna görə, bu il dünya kompüter və mobil elektronika bazarının həcmi natural ifadədə 2,8 faiz artacaq, lakin pula nisbətdə dolların bahalaşmasına görə azalacaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, analitiklərin məlumatına görə, 2015-ci ildə dünyada fərdi kompüterlərin, planşetlərin, bahalı ultrabukların (məsələn, MacBook Air) və mobil telefonların tədarükü 2,49 milyon ədədə çatacaq. Ötən il bu göstərici 2,42 milyona bərabər olub. Bu halda məhsul satıcıları və istehsalçılarının ümumi mədaxili 7,2 faiz azalaraq 226 milyard dollaradək enəcək. Valyuta məzənnələrinin dəyişməsi nəzərə alınmadan bazarda tənəzzül pula nisbətdə 3,1 faiz təşkil edəcək.
Mütəxəssislərin proqnozuna əsasən, qlobal miqyasda fərdi kompüter və noutbukların tədarükü 2015-ci ildə 306 milyon ədədədək azalacaq ki, bu da 2014-cü ilin göstəricisindən 2,4 faiz aşağıdır.
Ekspertlərin dünya mobil telefon bazarı ilə bağlı verdikləri proqnoza görə, 2015-ci ildə bu bazarda 3,5 faizlik - 1,9 milyard ədədədək artım gözlənilir. İstehlakçıların əsas diqqəti elektronikanın ümumi ucuzlaşması şəraitində ucuz smartfonlara yönələcək. Son illər ərzində telefonların orta satış qiyməti bahalı qurğular sayəsində artıb, lakin hazırda qiymətlər ya cüzi azalacaq, ya da indiki səviyyədə qalacaq ki, bu da smartfonlara tələbatın ödənilməsi ilə əlaqədardır.
Gartner mütəxəssisləri planşet və hibrid noutbukların 2015-ci ildə tədarükünün 237 milyon ədədə çataraq illik hesablamada 4,3 faiz artacağını gözləyirlər. Qeyd olunur ki, bahalı ultrabukların buraxılışı 53,5 milyon ədəd olacaq. 2014-cü ildə bu göstərici 36,7 milyon təşkil edib. Bu seqmentin həcminin say artımına baxmayaraq pulifadəsində nisbətdə 51 milyard dollardan 48 milyard dollaradək azalacaq. Analitiklərin proqnozuna görə, 2016-2017-ci illərdə bahalı ultrabukların ümumi satış həcmi müvafiq olaraq 50 və 51 milyard dollara bərabər olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
-
Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Telefon suya düşəndə bu 4 səhvi etməyin
XƏBƏR LENTİ
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama
-
Parkda gecələyən uşağın valideyninə cəza verildi - Yenilənib - (Video)





