Texnologiya

BlackBerry yeni smartfonlarını təqdim etdi - FOTO - VİDEO

31 Yanvar 2013 09:55
0 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, dünən keçirilən təqdimat mərasimində RİM-in prezidenti və baş direktoru Torsten Heyns yeni smartfonları nümayiş etdirib

BlackBerry 10 əməliyyat sistemi BlackBerry OS-un əvvəlki versiyalarından fərqli olaraq RİM-in 2010-cu ildə satın aldığı QNX platforması əsasında çalışır.

Yeni əməliyyat sisteminin özəllikləri arasında jest idarəçiliyinə əsaslanan interfeys, istifadəçinin yazmaq istədiyi sözü anlamağa çalışan "ağıllı klaviatura", BBM, poçt və sosial şəbəkələrdən xəbərdarlıqların gəldiyi məlumat paneli var.

BlackBerry smartfonlarının səciyyəvi özəlliyi olan ani xəbərlər mübadiləsi proqramı BlackBerry Messenger (BBM) də dəyişib. Bu proqram səsli və videozənglər etməyə imkan verir. Habelə BBM vasitəsilə istifadəçilər ekranları barədə bir-birlərinə məlumatlar verə biləcəklər.

BlackBerry 10 əsasında BlackBerry Z10 və BlackBerry Q10 smartfonları işləyəcək.

BlackBerry Z10 tam sensorludursa, BlackBerry Q10 QWERTY klaviatura ilə təchiz olunub.

Smartfonların hər ikisində 2 nüvəli Snapdragon prosessorları var.
Smartfon 1280 x 768 ölçülü takskrinə, 1,5 qeqaherslik Snapdragon S4 Plus prosessoruna, 2 qeqabaüytlıq operativ yaddaşa malikdir. Smartfonun əsas kamerası 8 meqapiksel, ön kamerası 2 meqapikseldir.
NFC, Bluetooth, Wi-Fi, GPS, LTE-yə malik smartfonda mikro-SD-dən istifadə etmək olar.

Z10 bu həftənin sonunadək Kanada və Britaniyada satışa çıxarılacaq, ABŞ-da isə martın ortalarından satılmağa başlayacaq.
Kanadada smartfon 3 illik mobil rabitə müqaviləsi ilə 150 dollara, müqaviləsiz 600 dollara satılacaq.
Q10-un qiyməti barədə hələ heç bir məlumat verilmir.

2013-cü ilədək istehsal edilmiş BlackBerry smartfonlarına yeni BlackBerry 10 əməliyyat sistemini yükləmək mümkün deyil.

Qlobal smartfon bazarında BlackBerry OS əməliyyat sisteminin payı 1 faizdən artıq deyil.

The Verge bildirir ki, bundan sonra Kanadanın Research in Motion  korporasiyası istehsal etdiyi smartfonlar təki, BlackBerry adlanacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

































Fotolar: AFP, Getty İmages, EPA, AP





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.