Bu gündən Azərbaycan vətəndaşları elektron imza vəsiqəsini daha asan qaydada əldə edə biləcəklər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend-ə bildiriblər ki, elektron imza vəsiqəsinin alınması prosedurlarına yeniliklər edən nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış elektron ərizə proqram məhsulu artıq istifadəyə verilib.
Bu proqramın köməyi ilə istənilən vətəndaş e-imza.az saytına daxil olaraq, internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və onlayn qaydada ödəniş etməklə, elektron imza kartı sifariş edə bilər. Sifariş Mərkəzə daxil olan kimi elektron imza sertifikatı hazırlanır və bu barədə vətəndaşa elektron poçt və telefon vasitəsilə məlumat verilir. Elektron imza sertifikatının hazır olması barədə məlumat bildirişi almış vətəndaş Məlumat Hesablama Mərkəzindəki Qeydiyyat Mərkəzinə yaxınlaşıb, qanunvericiliyə əsasən, özünü identikləşdirməyə imkan verən şəxsiyyət vəsiqəsini təqdim edərək elektron imza sertifikatını alır.
İlk vaxtlar üçün onlayn "E-ərizə xidməti" vasitəsilə elektron imza sertifikatı kartları Məlumat Hesablama Mərkəzindəki Qeydiyyat Mərkəzində veriləcək. Sınaq müddətindən sonra bu xidmət respublikadakı bütün qeydiyyat mərkəzlərini əhatə edəcək.
Bu sahədə yenilik elektron imza almaq üçün internet üzərindən "E-ərizə xidməti"nin fəaliyyətə başlaması ilə bitmir. Növbəti yenilik Məlumat Hesablama Mərkəzinin həyata keçirdiyi aksiya ilə bağlıdır. Belə ki, elektron imza üçün sertifikatlar verən Milli Sertifikat Xidmətləri Mərkəzi artıq bir ildir ki, fəaliyyət göstərir. Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyətə başlamasının 1 illiyi ilə əlaqədar olaraq onlayn elektron ərizə xidməti vasitəsilə imza sertifikatı almaq üçün müraciət edən ilk 1000 vətəndaşa elektron imza kartları ödənişsiz veriləcək.
Qeyd edək ki, elektron xidmətlərin gündən-günə artması, "vətəndaş-dövlət" münasibətlərinin "elektronlaşması" elektron imza xidmətlərinin daha da aktuallaşmasını zəruri edir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan "E-ərizə xidməti"nin fəaliyyətə başlaması ilə istifadəçilər daha yüksək keyfiyyətli xidmətlə təmin olunacaqlar. Belə ki, bu yenilik vətəndaşların rahatlığını, eləcə də operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını da alacaq.
Milli.Az
Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu gündən ilk 1000 vətəndaşa elektron imza kartları ödənişsiz veriləcək
9 Oktyabr 2012 16:32
Baxış: 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Smartfonun batareyasına zərər verən 4 məşhur mif
-
84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu
-
USB yaddaş kartı istifadə edənlər bu səhvi edir
-
Özünə süni intellekt agenti yaradır
-
Təyyarədə poverbank niyə ALIŞIR? - Alanda bunlara mütləq diqqət edin
-
Bu avtomobil şirkətləri elektromobillərə keçiddən imtina etdilər
XƏBƏR LENTİ
-
UNEC-in həyətində tələbəyə sahibsiz it hücum ETDİ - ANBAAN VİDEO
-
Qərb Sənaye Parkı yaradılır: Dağ-mədən və metallurgiyada genişlənmə
-
Bakıda bu məktəbdə tədris DAYANDIRILDI - SƏBƏB
-
“Futbolçu peşəsində insanlar səni çox alçaldırlar”
-
ANAMA mart ayı üzrə hesabatını açıqladı
-
Bu ASC ləğv EDİLDİ
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq
-
Ayın 2-də şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ
-
Millimizə yeni məşqçi təyin edildi
-
AZANS 30 illik inkişaf yolu: Azərbaycanın hava məkanı qlobal tranzit şəbəkəsində mövqeyini gücləndirir
-
Nazirin oğlunun işində milyonlarla ziyan - Tanınmış iş adamı axtarışa VERİLDİ
-
Kobra Muratın dillərə dastan EVİ: Hər yeri qızıl və gümüşdən... - VİDEO
-
"Hadisəyə görə məsuliyyəti TƏBİB daşıyır" - Yeddi körpənin öldüyü mərkəzin direktoru
-
Qapıçnın sinəsinə top dəydi, ÖLDÜ - Anbaan VİDEO
-
Üçüncü Dünya müharibəsi bu ərazidə OLACAQ
-
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilib - YENİLƏNİB
-
Qabil Əlizadə: “Bu qələbə bizə hava, su kimi lazımdır”
-
“20 Yanvar” tunelində güclü YANĞIN
-
ABŞ İranın gizli silah anbarlarını məhv etdi - VİDEO
-
"Yeraltı"da o da olacaq - FOTO
-
Metroda yanğın təhlükəsizliyi necə qorunur? - RƏSMİ
-
Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ
-
Rasim Balayevin Həkəridəki görüntülərini PAYLAŞDI - VİDEO
-
Aprel ayının havası necə OLACAQ?





