KRYPTILLO.AZ - Azərbaycanda ilk dəfə 7-12 yaşlı uşaqlar üçün hazırlanmış rəqəmsal kitab və oyun/yarış əsaslı öyrədici layihədir. Layihə kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və digər aktual rəqəmsal mövzular üzrə uşaqlara erkən yaşlardan düzgün və təhlükəsiz rəqəmsal biliklər qazandırmağı hədəfləyir. Məqsəd uşaqlarda internetdə təhlükəsiz davranış vərdişlərini formalaşdırmaq, rəqəmsal savadlılığı artırmaq və kibertəhlükəsizlik sahəsində ilkin bilikləri oyun əsaslı, əyləncəli və anlaşılan formatda təqdim etməkdir.
"Kryptillo" layihəsi çərçivəsində uşaqlar əldə etdikləri bilikləri interaktiv oyunlar, kvestlər və krossvordlar vasitəsilə möhkəmləndirir, mərhələlər üzrə xal toplayaraq yarışlarda iştirak edirlər. Ən yüksək nəticə göstərən iştirakçılar real hədiyyələrlə mükafatlandırılır. Layihə eyni zamanda valideynlər üçün təhlükəsiz və nəzarət edilə bilən rəqəmsal mühit təmin edərək uşaqların inkişaf prosesinin izlənilməsinə imkan yaradır.
Rəqəmsal dövrdə böyüyən uşaqlar internetdən gündəlik və aktiv şəkildə istifadə etsələr də, onların qarşılaşa biləcəkləri kibertəhlükələr barədə məlumatlılıq səviyyəsi hələ də kifayət qədər yüksək deyil. Layihənin təsisçisi, Kibertəhlükəsizlik üzrə Ekspert İsa Rüstəmov bildirir ki, bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellekt sahələrində müəyyən etdiyi dövlət prioritetlərinə uyğun olaraq hazırlanıb. Onun sözlərinə görə, uşaqlar internetdən fəal istifadə etsələr də, bir çox hallarda potensial təhlükələri tanımadan böyüyürlər və bu səbəbdən təhlükəsiz davranış vərdişləri, rəqəmsal savadlılıq və kibertəhlükəsizlik bilikləri artıq məktəb yaşlarından formalaşdırılmalıdır.
Bu sahədə uzun illər fəaliyyət göstərən mütəxəssis kimi aparılan araşdırma və hazırlıq işlərinin nəticəsi olaraq, Azərbaycanda ilk dəfə 7-12 yaşlı uşaqlar üçün oyun əsaslı, tam rəqəmsal "Kryptillo" kitab seriyası və mərhələli şəkildə xal toplama mexanizminə əsaslanan "Kryptillo" yarış platforması yaradılıb.
Layihə dünya üzrə geniş tətbiq olunan "learn → play → reward" modelinə əsaslanır. Bu model çərçivəsində uşaqlar əvvəlcə rəqəmsal kitablar vasitəsilə kibertəhlükəsizlik və digər rəqəmsal biliklər əldə edir, daha sonra interaktiv oyunlar, kvestlər və krossvordlar vasitəsilə qazandıqları bilikləri yoxlayır, sonda isə əsas "Krypto-Kvest" yarışında topladıqları xallar əsasında liderlər cədvəlində yer alaraq real hədiyyələr qazanmaq imkanı əldə edirlər.
"Kryptillo" layihəsi inklüziv və beynəlxalq yönümlü yanaşmanı da nəzərə alaraq hazırda Azərbaycan və ingilis dillərində təqdim olunur. Bu yanaşma həm yerli istifadəçilər, həm də xarici auditoriya üçün layihənin əlçatanlığını artırır, uşaqların erkən yaşlardan çoxdilli rəqəmsal mühitə uyğunlaşmasına töhfə verir.
Eyni zamanda "Kryptillo" müasir təhsil yanaşmalarına uyğun olaraq uşaqlarda analitik düşünmə, problem həll etmə və məsuliyyətli rəqəmsal davranış bacarıqlarının inkişafına töhfə verir. Layihə qısa müddət ərzində sosial şəbəkələrdə və valideyn icmalarında geniş maraq doğuraraq aktiv müzakirə mövzusuna çevrilib.
Gələcək mərhələlərdə məzmunun genişləndirilməsi, yeni mövzuların əlavə olunması, yeni rəqəmsal kitab seriyalarının və əlavə yarış formatlarının yaradılması, eləcə də beynəlxalq təcrübəyə əsaslanan innovativ layihələrin həyata keçirilməsi planlaşdırılır. Rəqəmsal savadlılıq gələcəyin əsas bacarıqlarından biri hesab olunur və bu bacarığın erkən yaşlardan oyun və əyləncə əsaslı yanaşmalar vasitəsilə formalaşdırılması ən effektiv üsullardan biri kimi qiymətləndirilir.
Layihə komandası valideynləri, müəllimləri və təhsil ictimaiyyətini övladların rəqəmsal gələcəyinə bu gündən yatırım etməyə çağırır. "Kryptillo" çərçivəsində uşaqlar təkcə oyun oynamır, eyni zamanda təhlükəsiz internet istifadəsi, məsuliyyətli rəqəmsal davranış və kibertəhlükələrdən qorunma yolları barədə mühüm biliklər əldə edirlər. Bu yanaşma uşaqların internet mühitində daha şüurlu, diqqətli və güvənli davranış vərdişlərinin formalaşmasına şərait yaradır və valideynləri bu prosesin aktiv iştirakçısına çevirir.
Bu gün rəqəmsal savadlılıq qazanan uşaqlar sabahın texnologiya liderləri, mühəndisləri və kibertəhlükəsizlik mütəxəssisləri kimi formalaşır. "Kryptillo" isə bu yolun başlanğıcı kimi cəmiyyətə innovativ və davamlı təhsil modeli təqdim edir. "Rəqəmsal dünyada güclü olmaq üçün erkən öyrən."
Sosial şəbəkələrdə "Kryptillo" nu izləyin: https://www.kryptillo.az
Whatsapp channel: https://whatsapp.com/channel/0029Vb6ybAoHFxP9GyYTjG0W
Milli.Az





