Texnologiya

Rusiyada “iPhone”un idxalına qadağa qoyula bilər

9 İyul 2025 18:24
Baxış: 659
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada "iPhone" smartfonlarının idxalına qadağa qoyula bilər. Bu barədə ölkənin bəzi senatorları təşəbbüs irəli sürüblər. Onların sözlərinə görə, Apple şirkəti Rusiya qanunvericiliyinin tələblərinə əməl etmədiyi təqdirdə, bu məhsulların ölkəyə gətirilməsi dayandırılmalıdır.

2025-ci il sentyabrın 1-dən etibarən Rusiyada satışa çıxarılan bütün smartfonlarda yerli tətbiqlərin və RuStore adlı rus tətbiq mağazasının quraşdırılması məcburi olacaq. Apple şirkəti isə hələlik bu tələbləri yerinə yetirməyə razılıq verməyib.

Hazırda "iPhone" modelləri Rusiyaya yalnız paralel idxal yolu ilə gətirilir. Apple 2022-ci ildən bu yana Rusiyada rəsmi satışları dayandırıb. Yeni qanun qüvvəyə mindiyi təqdirdə, Apple cihazlarının satışına tam qadağa qoyula bilər. Qərarın tətbiqi ilə bağlı yekun qərarın yaxın aylarda verilməsi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.