Tokatda məktəb avtobusu sürücüsü 2400 lirə cərimələndikdən sonra süni intellektin köməyi ilə məhkəməyə müraciət edib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, süni intellektin yazdığı şikayət ərizəsi əsasında məhkəmə qərarı sürücünün xeyrinə ləğv edib.
Belə ki, hadisə Tokatda baş verib. Məktəb avtobusu sürücüsü Mehmet Can Duran şagirdi düşürdükdən sonra avtomobilini piyada keçidində saxlayaraq piyadalara yol verib. Lakin arxasında dayanan avtomobildə olan müfəttiş onun avtobus dayanacağından kənarda şagird düşürdüyünü iddia edərək ona 2400 lirə cərimə yazıb.
Cərimənin haqsız olduğunu düşünən Duran vəkil tutmağın əlavə xərclərə səbəb olacağını bildiyi üçün süni intellektdən kömək alıb. Süni intellektin hazırladığı şikayət ərizəsini Tokat Sülh Məhkəməsinə təqdim edən sürücü 3 həftə ərzində haqlı hesab edilərək cərimədən xilas olub.
Qeyd edək ki, süni intellektin hüquqi proseslərdə istifadəsi getdikcə genişlənir və bu cür hallarda vətəndaşlara dəstək olmaqda mühüm rol oynayır.
Fidan
Milli.Az