Süni intellekt insanlara hansı təhlükəni hazırlayır? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda marketinq, bank, səhiyyə, təhsil, maşınqayırma, sənaye və digər sahələrdə süni intellektdən istifadə edilir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu gün süni intellekt proqramları sayəsində saniyələr ərzində istənilən mövzuda məqalə yaza, proqramlaşdırma kodları yarada, riyazi tənliyi həll edə, mətnləri dünyanın bütün dillərinə tərcümə edə bilərik.
İKT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, süni intellektin üstün cəhətləri çoxdur.
Amma alimlər düşünürlər ki, hər şeyin bu qədər əlçatan olması sözsüz ki, bəşəriyyət üçün təhlükəli ola bilər.
Məsələn, bir məktəblinin və ya tələbənin süni zəka vasitəsilə istənilən mövzuda esse, məqalə, araşdırma materialları hazırlaması vərdiş halını alarsa, insanlar düşünmək və yazmaq bacarıqlarını itirəcək. Bu da əmək və yaradıcılıq sahəsində monotonlaşmaya, rəqabətin olmamasına gətirib çıxaracaq. Bəs bu sahəyə nəzarət edə bilərikmi?
Mütəxəssisin fikrincə, süni intellektdən qorxmaq yerinə doğru istifadə etməli və onu inkişaf etdirməliyik. Süni intellekt insanı tam əvəz edə bilməsə də, onun bir çox funksiyasını mənimsəyib.
Alimlər hesab edirlər ki, süni intellektdən daha səmərəli istifadə üçün onun etik davranışını tənzimləyən müddəalar formalaşdırılmalı, nəzarət mexanizmləri işlənib hazırlanmalıdır.
Ətraflı süjetdə:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qatıqsız almalı peçenye resepti
-
Milyon dollarlıq səhnələri unudun: Sadəcə bir otaqda çəkilən 5 dahiyanə film
-
Evinizə bu heyvanları gətirin - Rahatlıq və xoş əhval qazanacaqsınız
-
Alçadan mürəbbə necə hazırlanır? - Ev şəraitində asan resept
-
Bunu etsəniz, işıq pulu az gələcək
-
Geyimi ilə sosial medianı iki yerə böldü - FOTO
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
İtaliyada toy edəcəklər
-
Günün qoroskopu: Empatiya quraraq problemlərin kökünü həll etməyə çalışın
-
Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul
-
İran və ABŞ arasında mümkün anlaşmanın detalları açıqlandı
-
Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Masazırda 8 saat işıq olmayacaq
-
PSJ yenə çempionlar çempionudur
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Komandamız bədii gimnastika üzrə 42-ci Avropa Çempionatında iştirak edir - FOTO
-
Onların qolları 8 illik həsrətə son qoydu
-
Rusiyanın qazı kəsəcəyi xəbərinə Ermənistandan reaksiya
-
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
-
İrəvanda hərbi parad: Diqqət çəkən İran silahları - FOTO
-
"Arsenal"dan final antirekordu
-
"Tastewashing" nədir?
-
Naxçıvanda selə düşən şəxs xilas edilib - VİDEO
-
"O sevgidə həm cəsarət, həm də sığınacaq var" - FOTO





