Texnologiya

“WhatsApp”da bu funksiyası olacaq

8 Fevral 2024 10:56
Baxış: 2 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meta Korporasiyası iOS üçün "WhatsApp"ın yeni beta versiyasını buraxıb. Onun əsas xüsusiyyəti generativ süni intellektin "Dəstək" bölməsinə inteqrasiyasıdır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, neyroşəbəkə mesencerdən istifadə zamanı çətinlik çəkən istifadəçilərin suallarını cavablandıracaq.

Yeni funksiyanın tətbiqi istifadəçilərin texniki dəstək işçiləri ilə əlaqəni tamamilə dayandıracaqlarını bildirmir. Süni intellekt, müştərinin sualının öhdəsindən gələ bilmədikdə və ya müştəri bunu proqramdan istəyəndə kömək üçün insanlara müraciət edəcək.

Yeni funksiyanın məqsədi hətta xidmət işçiləri məşğul olduqda və tez cavab verə bilmədikdə belə, istifadəçilərə problemləri həll etməyə kömək etməkdir. Süni intellekt həm də ümumilikdə texniki dəstək yükünü və işçilərin cavab vermə müddətini azaltmağa kömək edəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory