Texnologiya

Telefonları gecə necə doldurmaq lazımdır?

31 Dekabr 2023 04:50
Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Smartfon doldurularkən istilik əmələ gəlir. Telefon "kabro"dadırsa, bu, həddindən artıq istiləşməyə və batareyanın zədələnməsinə gətirib çıxarır. Bununla belə, telefonunuzu düzgün dolrumağa səy göstərsəniz, xoşagəlməz nəticələrin qarşısını almaq olar.

Milli.Az lent.az-a istinadən bunun yollarını təqdim edir: 

Şarj edərkən smartfonunuz istiləşirsə, o, daha yavaş doldurulacaq. Beləliklə, "kabro"nun çıxarılması şarj prosesini sürətləndirməyə və həddindən artıq istiləşmədən qaçmağa imkan verir. Bu səbəbdən telefonunuzu bir gecədə şarjda qoysanız, bu, telefonun həddindən artıq doldurulmasına səbəb ola bilər.

Bununla belə, narahat olmağa dəyməz - müasir smartfonların əksəriyyəti tam doldurulduqdan sonra şarjı dayandıracaq qədər ağıllıdır. Bundan sonra qadcet sadəcə lazım olan faizləri seçir.

Həmçinin, telefonunuzu yumşaq bir səthə yox, onu sərt bir şeyin üstünə qoymaq daha yaxşıdır. O zaman istilik sərbəst şəkildə yayılacaq və cihaza zərər verməyəcəkdir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.