Texnologiya

Çoxlarının smartfonlarda bilmədiyi bəzi gizli funksiyalar - FOTO

14 Noyabr 2022 00:44
Baxış: 2 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox istifadəçi smartfonlarının bütün xüsusiyyətlərindən xəbərsizdir. Əksər insanlar qadcetlərini funksionallığından ən yaxşı halda 20% istifadə edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın "INPRO.digital" şirkətinin baş direktoru Vitali Arbuzov mobil telefonların bəzi gizli funksiyalarından danışarkən bildirib.

Onun sözlərinə görə, qadcetlər istifadəçinin vaxtını optimallaşdırmağa kömək edir. Məsələn, telefonlarda vacib kontaktları əsas ekrana gətirmək imkanı var.

"Bunu ekranda demək olar ki, iki toxunuşla edə bilərsiniz. Belə kontaktlar üçün say məhdudiyyəti yoxdur", - deyə ekspert bildirib.

Bundan başqa cihazın işini sürətləndirmək mümkündür: "Ayarlar" bölməsində edilən dəyişikliklər proqramların açılması, bağlanması və tapşırıq panelinin animasiyasına təsir edəcək.

Həmçinin smartfonlarda səsi mətni köçürmək mümkündür.

"iPhone"da bu funksionallıq klaviaturada yerləşib. "Android"də isə "Nitq sintezi" bölməsindəki parametrlərlə bunu aktivləşdirmək mümkündür", - deyə Arbuzov bildirib.

O, həmçinin "telefon daxilində telefon" yaratmaq imkanından danışıb. Bunun üçün "qonaq rejimi"ni aktivləşdirmək lazımdır.

"Telefonunuzu bir müddət başqasına vermək məcburiyyətində qalsanız və cihazda saxlanan məlumatların təhlükəsizliyindən narahatsınızsa, o zaman "qonaq rejimi"ndən istifadə edə bilərsiniz. Bu rejim sizə smartfonun daxilində başqa telefon yaratmağa imkan verir. O, proqramları, axtarış tarixçəsini, fotoşəkilləri, mesajları və s. gizlədir. Bu rejim şəxsi məlumatların sızmasını azaldır və telefonunuzu başqa istifadəçiyə müəyyən müddətə verəcəyiniz halda informasiya təhlükəsizliyinin səviyyəsini artırır", - deyə ekspert  sözlərini yekunlaşdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.