Texnologiya

“Wi-Fi” modem və routerlər dəyişdiriləcək: Yeni standart təqdim olundu

11 Sentyabr 2022 15:36
Baxış: 1 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Texnologiya nəhəngi "Intel" yarımkeçiricilər istehsalçısı "Broadcom" ilə birlikdə ilk dəfə olaraq Wi-Fi 7 (802.11be) standartı ilə uğurlu məlumat ötürülməsini nümayiş etdirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sürət 5 Gb/s-dən çox olub ki, bu da "Wi-Fi 6" ilə müqayəsədə beş dəfə daha çoxdur.

Vurğulanıb ki, "Wi-Fi 7"nin fərqi sadəcə sürət artımından ibarət deyil. Yeni standart daha çox ötürmə qabiliyyətini və daha aşağı gecikməni təmin edir ki, bu da onlayn oyunlar və simsiz VR qulaqlıqlardan istifadə zamanı, həmçinin video axını üçün əvəzolunmazdır.

Eyni zamanda qeyd edilib ki, 5 Gb/s "Wi-Fi 7" üçün sürət limiti deyil və onu artırmaq da olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.