Səhiyyə

TƏBİB özəl klinikalarda COVİD-19 testinin qiymətinə aydınlıq gətirdi

16 Oktyabr 2020 13:00
Baxış: 2 139

Biz özəl klinikalara koronavirusa görə testlərin qiymətinin aşağı salınması üçün tövsiyə verə bilmərik.

Milli.Az bildirir ki, bunu Trend-ə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB yalnız tabeliyindəki tibb müəssislərini idarə edir:

"TƏBİB-in nəzdində olan bütün tibb müəssisələrində koronavirusa görə testlər dövlət hesabına pulsuz aparılır, bəlli qruplar testdən keçirilir. TƏBİB-in özəl klinikalarda testlərin aparılmasına heç bir aidiyyəti yoxdur. Biz buna nə qadağa qoyuruq, nə də qiymətini müəyyən edirik".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.