Bu 2 ayda koronavirusdan daha çox ölən olacaq - DİQQƏTLİ OLUN - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
COVİD-19 virusundan qarşıdakı aylarda ölənlərin sayı daha çox olacaq.
Bu açıqlamanı Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Kluqe edib. O bildirib ki, oktyabr və noyabr aylarında koronadan daha çox ölüm görəcəyik.

Milli.Az-a açıqlama verən Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev bunun səbəbini izah edib:
"Qarşıdan qrip mövsümü gəlir, payız aylarında respirator nəfəs yolları virusları aktiv müşahidə edildiyi üçün də COVİD-dən ölənlərin sayında artım müşahidə edilə bilər. COVİD-lə qrip infeksiyası üst-üstə düşəcək, bu da ölüm sayının daha çox olmasına şərait yaradacaq.

Hazırda Avropanın və dünyanın bir çox ölkələrində yoluxma sayının kəskin artmağa başlamasının isə payızla bir əlaqəsi yoxdur. Sərt karantin rejimində hər kəs evində oturur, kontakt azalır. Kontakt artdıqca koronavirus daha çox yayılacaq və bunun peyvəndi hələ olmadığına görə kontakt artdıqca da COVİD-in yayılma ehtimalı artacaq".
Həkim-infeksionist Natiq Əliyev isə Milli.Az-a açıqlamasında ÜST-ün açıqlamasını belə şərh edib:
"Dünyada pandemik dönəm davam etdiyi üçün və qarşıdan da payız-qış fəsli gəldiyinə görə bu dönəmdə digər bakteriyal və virus infeksiyalarının aktivləşdiyini nəzərə almaq lazımdır. COVİD xəstələrinin digər virus infeksiyalarına yoluxan şəxslərlə, demək olar ki, ilkin başda bütün klinik simptomları eyni olduğu üçün ayırmaq çətin olacaq. Bu səbəbdən də ölüm saylarında artım gözlənilir. Çünki digər bakteriyal və virus infeksiyaları klinik gedişatda ağırlaşa bilər.

Digər məsələ isə bu dönəmdə digər kəskin respirator virus infeksiyaları tutan şəxslərin immun sistemi zəiflədiyi üçün COVİD-19-a yoluxma ehtimalını artırır və klinik gedişatı ağırlaşdırır".
Təhməz Əsədov
Milli.Az
XƏBƏR LENTİ
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)
-
Bakıda Formula 1 bahalaşması: günlük evlər 600 manat olacaq
-
Bakıda iki bağça fəaliyyətə başladı
-
Azərbaycan Qran-Prisinin rəsmi yarış cədvəli açıqlandı
-
Bu universitetlərdə dərslər onlayn keçiriləcək
-
Britaniyada hava nəqliyyatında yeni problem - Reyslər ləğv edilir
-
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı
-
1840,3 ha ərazi minalardan təmizlənib
-
"Barselona"da ciddi itki
-
Rus ordusu daha iki kəndi işğal etdi
-
Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab
-
Bu istiqamət üzrə əlavə qatar reysləri həyata keçiriləcək
-
17 milyondan 12 milyona düşdü - Bakıda dəbdəbəli malikanə satışda
-
Azərbaycanlı hakim dünya çempionatında
-
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi
-
Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?





