Səhiyyə

Bakıda 14 gün komada qalan azyaşlı oyandı - FOTO

13 Yanvar 2025 20:12
Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10.12.2024-cü il tarixində 12 yaşlı pasiyent (qadın cinsli) kəskin inhalasyon dəm qazı zəhərlənməsi diaqnozu ilə serebral koma (toksiki ensefalopatiya) vəziyyətində Kliniki Tibbi Mərkəzə gətirilib.

Milli.Az xəbər verir ki, xəstə ağır vəziyyətdə KTM-in Toksikologiya şöbəsinə qəbul edilib, zəruri tibbi yardım göstərilib. Xəstəyə eyni zamanda mərkəzi tipli hipertermiya diaqnozu qoyulub və stasionar şəraitdə zəruri müalicə prosedurları başladılıb.

14 gün ərzində yüksək qızdırma ilə koma vəziyyətində qalan xəstə uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb. Toksikologiya şöbəsinin həkimlərinin müalicələrindən sonra azyaşlının səhhətində müsbət dinamika müşahidə olunub, həyatı təhlükəsi geridə qalıb, hazırda vəziyyəti qənaətbəxşdir.

Azyaşlı zəruri kontrol müayinələrdən keçirilikdən sonra müalicəsinin davam etdirilməsi üçün uşaq xəstəxanalarından birinə hospitalizasiya edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.