Ağciyərlər 50% tutulub, amma oksigen saturasiyası normaldır - Koronavirusun qəribəliyi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus zamanı ağciyərlərin zədələnməsi digər iltihabi xəstəliklər və pnevmoniyada olduğundan fərqli baş verir.
Xəstə normal danışır, nəfəs alır, oksigen saturasiyası normal, amma ağciyərlərin tomoqrafiyasında 50% zədələnmə görülür.
Milli.Az xəbər verir ki, alimlər və həkimlər koronavirusun insan vücudunda qəribə davranışlarından bəzən şok keçirir.
Hətta xəstə özünü yaxşı hiss edir, artıq sağalacağını gözləyirik, halbuki ağciyərlərinin cəmi 20%-i salamatdır.
Təcili tibbi yardım həkimləri deyir ki, dəfələrlə xəstənin saturasiyasını səhər ölçmüşük normal idi, axşam isə onu ağır tənəffüs çatışmazlığı ilə reanimasiyaya çatdırmışıq, saturasiya 80-ə düşmüşdü.
Ona görə saturasiyanın normal olması belə həkimləri bəzən arxayın etməməlidir.
Moskva xəstəxanasının rentgenoloqu Plavunov deyir ki, pulsoksimetrlərə etibar etmək olmaz.
"Bizə heç bir boğulma, klinik əlaməti olmayan xəstələr gətirilmişdi ki, KT edəndə 50% ağciyər zədələnməsi gördük. Xəstə tamam normal görünürdü".
Lakin ola bilməz ki, pnevmoniya tamam ağırlaşmasız keçsin. Boğulma, təngnəfəslik olmasa da, xəstə ümumi halsızlıq, hərarət, öskürək, baş gicəllənmə hiss edir.
"Bu əlamətləri olmayan xəstələr də olub ki, onlarda ağciyər zədələnməsi 10-20% olub. Adətən belə xəstələr ciddi müalicə tələb etmədən də sağalırlar. Lakin ciddi oksigen aclığı, hipoksiyalı xəstələr də olub ki, heç bir təngnəfəslik hiss etməyiblər. Belə xəstəni fiziki aktiv hərəkət etdiririk, məsələn, deyirik 10 pilləkəni düş çıx, o zaman dərhal tənəffüs çatışmazlığı hiss olunur" - deyə pulmonoloqlar bildirir.
Kovid zamanı Avropada belə xəstələrə "happy hipoxemics, yəni xoşbəxt hipoksiyalılar deyirlər. Bu xəstələr ciyərləri 50% tutulub, oksigen catmır, ürək, beyin artıq hipoksiya vəziyyətindədir, amma onlar heç bir tənəffüs ağırlığı hiss etmirlər. /medicina.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - (Foto)





