Sağlamlıq

Koronavirusdan qoruyan ən yaxşı pəhriz

14 Dekabr 2020 23:20
Baxış: 1 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ketogenik pəhriz koronavirusa yoluxma riskini azaldır, yoluxma baş verdiyi təqdirdə isə ağır formaya çevrilməsindən qoruyur.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə alimlərin araşdırması nəticəsində məlum olub.

Mütəxəssislər həmçinin onu da qeyd edib ki, pəhrizdəki az miqdarda karbohidrat bədəndə yağ və pis xolesterol faizini azaldır və eyni zamanda qanda şəkər səviyyəsini sabitləşdirir. Təcrübələr göstərir ki, belə bir pəhriz bədənin oksidləşdirici stresini idarə edən və antiinflamatuar təsirə malik olan plazmadakı keton cisimlərinin səviyyəsini artırır.

"Bu pəhriz adaptiv immun hüceyrələrin fəaliyyətini yaxşılaşdıra və koronavirus riskini azalda bilər", - qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.