Sağlamlıq

Koronavirusdan sağalmış şəxslərdə eşitmə problemləri aşkarlanıb

1 Avqust 2020 10:59
Baxış: 1 150
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniyanın Mançester Universitetinin alimləri koronavirusa yoluxub sağalmış şəxslərdə eşitmə ilə bağlı problemlər aşkar edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, mütəxəssislər 121 xəstə üzərində müşahidə aparıb. Onlardan 16 nəfəri eşitmə qabiliyyətinin zəifləməsi ilə bağlı şikayət edib.

Bu cür problemlər həmin xəstələrdə xəstəxanadan buraxılandan iki ay sonra qeydə alınıb.

Mütəxəssislər hesab edir ki, eşitmənin zəifləməsinə stress və infeksiyaya qarşı istifadə olunan preparatlar təsir edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.