Sağlamlıq

Kofenin zərərsiz alternativi AŞKARLANDI

25 Oktyabr 2020 22:01
Baxış: 1 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı neyropsixoloq İrina Xvinqiya səhər kofesinə zərərsiz alternativ təklif edib.

Milli.Az xəbər verir ki, psixoloqun fikrincə, səhər ayılmaq və özünü gümrah hiss etmək üçün şokoladda olan kofe dənəcikləri də faydalıdır.

O qeyd edib ki, bu ləzzət beyin gərginliyi yaratmır.

Tərkibində B vitaminləri olduğu üçün gərginliyin qarşısını alır, sakitləşdirici təsir göstərir və balans yaradır

Eyni zamanda şokoladda olan kofe, ürəyə bir fincan kofedən daha az zərər verir. Çünki şokolad kofeinin pis təsirlərini neytrallaşdırır.

İrina Xvinqiya gündəlik rejim riayət etməyin və kifayət qədər yatmağın vacib olduğunu da xatırladıb.

Onun sözlərinə görə, şokoladdakı beş kofe dənəciyi sinir sistemini bir qədər aktivləşdirmək və bir müddət fəaliyyətini qorumaq üçün kifayət edir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.