Sağlamlıq

Xərçənglə mübarizədə ÖNƏMLİ KƏŞF - Türk professor aşkarladı

19 İyul 2020 21:50
Baxış: 2 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xərçəng xəstələrinin qanında xəstə hüceyrələrə qarşı mübarizə qabiliyyətini itirməmiş yeni hüceyrələr aşkarlanıb.

Milli.Az xəbər verir ki, Türkiyənin Hacettepe Universitetinin professoru Güneş Esendağlı və komandasının immun sistemi üzərində apardığı araşdırmalar nəticəsində bu fakt aşkarlanıb.

Araşdırma haqqında danışan professor bildirib ki, immun sistemini müxtəlif metodlarla xarakterizə ediblər: "Bu hüceyrələrin içində 20 mindən çox genin necə dəyişdiyini gördük. Digər hüceyrələrə nisbərən necə fərqli davrandıqlarını, xərçənglə mübarizədə immun sistemini dəstələyib-dəstəkləmədiklərini göstərdik. "Monosit" adlı immun hüceyrəsi qrupuna aid bu yeni tip hüceyrələr müxtəlif metodlarla təsbit olundu, saflaşdırıldı. Bu hücyerələrin miqdarı sağlam insanlarda az, xəstələrdə isə daha çoxdur". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.