Sağlamlıq

Koronavirus xəstəsi evdə hansı dərmandan istifadə edə bilər?

18 İyul 2020 10:31
Baxış: 4 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva evdə istifadə olunan dərmanlarla bağlı koronaviruslu xəstələrə xəbərdarlıq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, AzTV-nin "Hədəf" verilişində danışan Y.Qarayeva sosial şəbəkələrdə adları çəkilən preparatlardan istifadənin yolverilməz olduğunu deyib:

"Koronavirusun müalicəsi üçün artıq ölkəyə bir miqdarda "Favipiravir" gətirilib. Yenə də gətirilməsi planlaşdırılır. Apteklərdən alınan dərmanlarda isə çox ehtiyatlı olmaq lazımdır. Xüsusən sosial şəbəkələrdə cürbəcür dərman preparatlarının adları çəkilir. Çox ehtiyatla yanaşmaq lazımdır. Dərman preparatının xeyri olduğu kimi, ziyanı da var. Hər dərman preparatını ev şəraitində istifadə etmək olmaz.

Evdə vitamin preparatları istifadə oluna bilər. Pasiyentdə qızdırma olarsa, hərarəti salan dərman preparatları da evdə istifadə oluna bilər.

Antiviral dərmanlardan daha çox evdə istifadə olunan bir-iki preparat var.

Ancaq o biri preparatlar heç bir halda ev şəraitində istifadə olunmamalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.